QƏRARLILIQ

Möminin ən nəzərə çarpan xüsusiyyətlərindən biri də son dərəcə qərarlı olmasıdır. Heç bir zaman şövqünü, həyəcanını itirməz. Bütün işlərini Allahın razılığını qazanmaq üçün edər. Bu səbəbdən heç bir çətinlik onu yolundan döndərə bilməz. İnsanların özü haqqında nə düşünəcəyi də əhəmiyyətli deyil. Tək hədəfi Allahın razılığıdır, bütün həyatı bu hədəfə görə şəkillənər.

Möminlərin qərarlılığını Allah müxtəlif şəkillərdə sınayar. Məsələn, Allah möminləri öyrətmək üçün müvəqqəti bir müddət çətinlik verə bilər. Quranda bu vəziyyət belə açıqlanır:

And olsun, Biz sizi bir az qorxu, aclıq və bir parça mallardan, canlardan və məhsullardan azaltmaqla sınayacağıq. Səbir göstərənləri müjdələ. (Bəqərə Surəsi, 155)

ƏMANƏTİ ƏHLİNƏ VERMƏK VƏ ƏMANƏT ƏHLİ OLMAQ

Quranda həm əxlaqi prinsip, həm də yerinə yetiriləcək işlərdə müvəffəqiyyət səbəbi olaraq əmanət və əmanət əhli anlayışları üzərində dayanılır. Mömin, özünə verilən əmanətlərə diqqətlə riayət edib, özünə göstərilən etibarı doğruldar. Bundan əlavə əmanəti kimə verməli olduğunu, yəni kimin əmanət əhli olduğunu da yaxşı yoxlamalıdır. Quranda bu mövzuya belə diqqət çəkilir:

Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir. Həqiqətən, Allahın bununla sizə verdiyi öyüd necə də gözəldir! Əlbəttə, Allah eşidəndir, görəndir! (Nisa Surəsi, 58)

... Hər kəs öz əhdinə vəfa etsə və pis əməllərdən çəkinsə, şübhəsiz ki, Allah müttəqiləri sevər. (Ali-İmran Surəsi, 76)

MÖMİNLƏRİ XOŞAGƏLMƏZ LƏQƏBLƏ ÇAĞIRMAMAQ

Bir-birinə xoşagəlməyən ləqəblərlə xitab etmək hər şeydən əvvəl inkarçıların öz aralarında sərgilədikləri bir rəftardır. Buradakı məqsəd pis ləqəblə çağırılan adamın hörmətdən salınması və digərlərinin ondan "üstün" olduğunun vurğulanmasıdır.

Pis ləqəb fiziki bir qüsurun ifadəsi ola bilcəyi kimi insasnın keçmişdə etdiyi səhv bir hərəkət də ola bilər. İnkarçıların ən əhəmiyyətli xüsusiyyətlərindən biri belə hərəkətləri əsla unutmamaqları və bir daha həyat boyu təkrarlanmayacaq olsa belə adama hər zaman o hərəkəti yaraşdırmaqlarıdır.

Halbuki möminlər istər yetkin, istər də bağışlayıcı xarakterləri, gərəksə aralarındakı həmrəylik səbəbindən bu tərz davranışa yol verməzlər. Çünki, “... bir-birinizi pis ləqəblərlə çağırmayın...” (Hucurat Surəsi, 11) ayəsi iman edənləri bu cür rəftardan uzaq tutar.

LAĞ ETMƏMƏK

Allah Quranda lağlağıçılığın çirkin bir əxlaq olduğunu və iman edənlərin bundan çəkinmələrinin lazım olduğunu bildirmişdir. Möminlər arasında lağlağının yeri olmadığını Allah bir ayədə hökmə belə bağlayar:

Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar (lağa qoyulanlar) o birilərindən (lağa qoyanlardan) daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd eləməsinlər). Bəlkə, onlar (rişxənd olunanlar) o birilərindən (rişxənd edənlərdən) daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin (ayıb tutmayın) və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır! (Hucurat Surəsi, 11)

MƏLUMAT SAHİBİ OLUNMAYAN MÖVZUDA MÜBAHİSƏ ETMƏMƏK

Quranda, Biz bu Quranda insanlar üçün cürbəcür məsəllər çəkdik. İnsan isə ən çox mübahisə edəndir. (Kəhf Surəsi, 54) ayəsiylə nəfsin əhəmiyyətli bir xüsusiyyəti xəbər verilir. Başqa ayələrdə isə bu xüsusiyyətin inkar edənlər üzərindəki təcəllisi belə izah edilir:

Məryəm oğlu (İsa) misal çəkilincə sənin qövmün sevincdən güldü. Onlar dedilər: “Bizim tanrılarımız yaxşıdır, yoxsa o (İsa)?!” Onlar bunu sənə yalnız mübahisə etmək xatirinə dedilər. Şübhəsiz ki, onlar höcətləşən bir qövmdürlər! (Zuxruf Surəsi, 57-58)

CAHİLLƏRDƏN ÜZ ÇEVİRMƏK

Quranda möminlərin xüsusiyyətləri izah edilərkən belə xəbər verilir:

Rəhmanın qulları o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər, cahillər onlara bir söz dedikdə: “Salam!”- deyərlər. (Furqan Surəsi, 63)

Onlar lağlağı eşitdikləri zaman ondan üz çevirib: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam olsun! Biz cahillərə qoşulmaq istəmirik!”- deyirlər. (Qəsəs Surəsi, 55)

İNCƏ DÜŞÜNCƏLİ OLMAQ

Cahiliyyə cəmiyyətindəki insanların əksəriyyəti kobud, düşüncəsiz, laqeyd bir xarakterə sahibdirlər. Bunun ən böyük səbəbi isə inkarçıların təməl xüsusiyyətlərindən biri olan eqoizmdir. Hamı yalnız öz mənfəətlərini düşünür. Digər insanların düşüncə və duyğuları isə ya ikinci plandadır, ya da tamamilə diqqətdən kənardır.

Halbuki, həqiqi bir mömin birliyi tamamilə fərqlidir. Çünki möminlərin ən əhəmiyyətli xüsusiyyətlərindən biri nəfslərinin eqoist ehtiraslarından xilas olmalarıdır. Nəfsinin sonsuz istəklərinə hakim ola bilən mömin isə digər möminlərə qarşı fədakar və incə düşüncəli davranar. Quranda Peyğəmbər Əfəndimiz (s.ə.s.)-lə birlikdə Məkkədən köç edən mühacirlərlə Mədinədə onlara kömək edən möminlər (Ənsar) arasındakı bu fədakarlıq belə izah edilir:

QURAN OXUNARKƏN ŞEYTANDAN ALLAHA SIĞINMAQ

Quran, Allahın insanlara yol göstərici olaraq endirdiyi İlahi kəlamdır. Ancaq burada çox əhəmiyyətli bir nöqtə var. Quran, möminlərin hidayətini artırarkən, inkarçıların inkarını meydana çıxarır. Bir ayədə Quranın bu xüsusiyyəti belə açıqlanır:

Sənə Kitabı nazil edən Odur. Onun bir hissəsi möhkəm, digər qismi isə mütəşabih ayələrdir. Ürəklərində əyrilik (şəkk-şübhə) olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar. Halbuki onların yozumunu Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə: “Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır”, - deyərlər. Bunları ancaq ağıllı adamlar dərk edərlər. (Al-İmran Surəsi, 7)

MÜBAHİSƏ ETMƏMƏK

Möminlərin inkarçılar qarşısındakı müvəffəqiyyətlərinin sirlərindən biri də aralarındakı qardaşlıq və həmrəylikdir. Quranda, "Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb Onun yolunda vuruşanları sevir." (Səff Surəsi, 4) ayəsi ilə bu birlik və həmrəyliyin əhəmiyyəti vurğulanır.

Buna görə də bu birlik və həmrəyliyi zədələyəcək, möminlərin arasını vuracaq hər cür söz və ya davranış dinə qarşı bir rəftar olar. Necə ki, Allah Quranda möminləri bu təhlükəyə qarşı belə xəbərdar etmişdir:

Allaha və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir. (Ənfal Surəsi, 46)
 

QURAN ƏXLAQI © 2008. Template Design By: SkinCorner