
Meydana gələn bütün hadisələri yaradan, idarə edən, bu hadisələrin əvvəllərinin və sonlarının necə olacağını təyin edən Allahdır. Kainatdakı bütün ulduzların və dünyanın hər hərəkətini, dünyadakı bütün canlıların hər halını, insanın necə yaşayacağını, nə danışacağını, nə ilə qarşılaşacağını təyin edən Allahdır. Allah kitabında "Heç şübhəsiz, Biz hər şeyi qədər ilə yaratdıq" (Qəmər Surəsi, 49) hökmünü verir.
Bir başqa ayədə isə belə buyurulur:
Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır! (Hədid Surəsi, 22)
Mömin bu sirrin şüurunda olaraq yaşamalı, inkarçıların içində olduqları "cəhalət" ölçüsünə əsla enməməlidir. Əgər həyatın "qədəri izləmək" olduğunu anlasa, qarşısına çıxan heç bir hadisə onu üzməz, ya da qorxutmaz. Sığındığı mağaranın qapısına özlərini öldürmək üçün gələn müşriklərə baxmayaraq, yanındakı yoldaşına "Hüznə qapılma, əlbəttə Allah bizimlə bərabərdir" (Tövbə Surəsi, 40) deyən Hz. Məhəmməd (s.ə.s.) kimi hər an əmin və cəsur olar.