QƏRARLILIQ

Möminin ən nəzərə çarpan xüsusiyyətlərindən biri də son dərəcə qərarlı olmasıdır. Heç bir zaman şövqünü, həyəcanını itirməz. Bütün işlərini Allahın razılığını qazanmaq üçün edər. Bu səbəbdən heç bir çətinlik onu yolundan döndərə bilməz. İnsanların özü haqqında nə düşünəcəyi də əhəmiyyətli deyil. Tək hədəfi Allahın razılığıdır, bütün həyatı bu hədəfə görə şəkillənər.

Möminlərin qərarlılığını Allah müxtəlif şəkillərdə sınayar. Məsələn, Allah möminləri öyrətmək üçün müvəqqəti bir müddət çətinlik verə bilər. Quranda bu vəziyyət belə açıqlanır:

And olsun, Biz sizi bir az qorxu, aclıq və bir parça mallardan, canlardan və məhsullardan azaltmaqla sınayacağıq. Səbir göstərənləri müjdələ. (Bəqərə Surəsi, 155)

ƏMANƏTİ ƏHLİNƏ VERMƏK VƏ ƏMANƏT ƏHLİ OLMAQ

Quranda həm əxlaqi prinsip, həm də yerinə yetiriləcək işlərdə müvəffəqiyyət səbəbi olaraq əmanət və əmanət əhli anlayışları üzərində dayanılır. Mömin, özünə verilən əmanətlərə diqqətlə riayət edib, özünə göstərilən etibarı doğruldar. Bundan əlavə əmanəti kimə verməli olduğunu, yəni kimin əmanət əhli olduğunu da yaxşı yoxlamalıdır. Quranda bu mövzuya belə diqqət çəkilir:

Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir. Həqiqətən, Allahın bununla sizə verdiyi öyüd necə də gözəldir! Əlbəttə, Allah eşidəndir, görəndir! (Nisa Surəsi, 58)

... Hər kəs öz əhdinə vəfa etsə və pis əməllərdən çəkinsə, şübhəsiz ki, Allah müttəqiləri sevər. (Ali-İmran Surəsi, 76)

MÖMİNLƏRİ XOŞAGƏLMƏZ LƏQƏBLƏ ÇAĞIRMAMAQ

Bir-birinə xoşagəlməyən ləqəblərlə xitab etmək hər şeydən əvvəl inkarçıların öz aralarında sərgilədikləri bir rəftardır. Buradakı məqsəd pis ləqəblə çağırılan adamın hörmətdən salınması və digərlərinin ondan "üstün" olduğunun vurğulanmasıdır.

Pis ləqəb fiziki bir qüsurun ifadəsi ola bilcəyi kimi insasnın keçmişdə etdiyi səhv bir hərəkət də ola bilər. İnkarçıların ən əhəmiyyətli xüsusiyyətlərindən biri belə hərəkətləri əsla unutmamaqları və bir daha həyat boyu təkrarlanmayacaq olsa belə adama hər zaman o hərəkəti yaraşdırmaqlarıdır.

Halbuki möminlər istər yetkin, istər də bağışlayıcı xarakterləri, gərəksə aralarındakı həmrəylik səbəbindən bu tərz davranışa yol verməzlər. Çünki, “... bir-birinizi pis ləqəblərlə çağırmayın...” (Hucurat Surəsi, 11) ayəsi iman edənləri bu cür rəftardan uzaq tutar.

LAĞ ETMƏMƏK

Allah Quranda lağlağıçılığın çirkin bir əxlaq olduğunu və iman edənlərin bundan çəkinmələrinin lazım olduğunu bildirmişdir. Möminlər arasında lağlağının yeri olmadığını Allah bir ayədə hökmə belə bağlayar:

Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar (lağa qoyulanlar) o birilərindən (lağa qoyanlardan) daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd eləməsinlər). Bəlkə, onlar (rişxənd olunanlar) o birilərindən (rişxənd edənlərdən) daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin (ayıb tutmayın) və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır! (Hucurat Surəsi, 11)

MƏLUMAT SAHİBİ OLUNMAYAN MÖVZUDA MÜBAHİSƏ ETMƏMƏK

Quranda, Biz bu Quranda insanlar üçün cürbəcür məsəllər çəkdik. İnsan isə ən çox mübahisə edəndir. (Kəhf Surəsi, 54) ayəsiylə nəfsin əhəmiyyətli bir xüsusiyyəti xəbər verilir. Başqa ayələrdə isə bu xüsusiyyətin inkar edənlər üzərindəki təcəllisi belə izah edilir:

Məryəm oğlu (İsa) misal çəkilincə sənin qövmün sevincdən güldü. Onlar dedilər: “Bizim tanrılarımız yaxşıdır, yoxsa o (İsa)?!” Onlar bunu sənə yalnız mübahisə etmək xatirinə dedilər. Şübhəsiz ki, onlar höcətləşən bir qövmdürlər! (Zuxruf Surəsi, 57-58)

CAHİLLƏRDƏN ÜZ ÇEVİRMƏK

Quranda möminlərin xüsusiyyətləri izah edilərkən belə xəbər verilir:

Rəhmanın qulları o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər, cahillər onlara bir söz dedikdə: “Salam!”- deyərlər. (Furqan Surəsi, 63)

Onlar lağlağı eşitdikləri zaman ondan üz çevirib: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam olsun! Biz cahillərə qoşulmaq istəmirik!”- deyirlər. (Qəsəs Surəsi, 55)

İNCƏ DÜŞÜNCƏLİ OLMAQ

Cahiliyyə cəmiyyətindəki insanların əksəriyyəti kobud, düşüncəsiz, laqeyd bir xarakterə sahibdirlər. Bunun ən böyük səbəbi isə inkarçıların təməl xüsusiyyətlərindən biri olan eqoizmdir. Hamı yalnız öz mənfəətlərini düşünür. Digər insanların düşüncə və duyğuları isə ya ikinci plandadır, ya da tamamilə diqqətdən kənardır.

Halbuki, həqiqi bir mömin birliyi tamamilə fərqlidir. Çünki möminlərin ən əhəmiyyətli xüsusiyyətlərindən biri nəfslərinin eqoist ehtiraslarından xilas olmalarıdır. Nəfsinin sonsuz istəklərinə hakim ola bilən mömin isə digər möminlərə qarşı fədakar və incə düşüncəli davranar. Quranda Peyğəmbər Əfəndimiz (s.ə.s.)-lə birlikdə Məkkədən köç edən mühacirlərlə Mədinədə onlara kömək edən möminlər (Ənsar) arasındakı bu fədakarlıq belə izah edilir:

QURAN OXUNARKƏN ŞEYTANDAN ALLAHA SIĞINMAQ

Quran, Allahın insanlara yol göstərici olaraq endirdiyi İlahi kəlamdır. Ancaq burada çox əhəmiyyətli bir nöqtə var. Quran, möminlərin hidayətini artırarkən, inkarçıların inkarını meydana çıxarır. Bir ayədə Quranın bu xüsusiyyəti belə açıqlanır:

Sənə Kitabı nazil edən Odur. Onun bir hissəsi möhkəm, digər qismi isə mütəşabih ayələrdir. Ürəklərində əyrilik (şəkk-şübhə) olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar. Halbuki onların yozumunu Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə: “Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır”, - deyərlər. Bunları ancaq ağıllı adamlar dərk edərlər. (Al-İmran Surəsi, 7)

MÜBAHİSƏ ETMƏMƏK

Möminlərin inkarçılar qarşısındakı müvəffəqiyyətlərinin sirlərindən biri də aralarındakı qardaşlıq və həmrəylikdir. Quranda, "Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb Onun yolunda vuruşanları sevir." (Səff Surəsi, 4) ayəsi ilə bu birlik və həmrəyliyin əhəmiyyəti vurğulanır.

Buna görə də bu birlik və həmrəyliyi zədələyəcək, möminlərin arasını vuracaq hər cür söz və ya davranış dinə qarşı bir rəftar olar. Necə ki, Allah Quranda möminləri bu təhlükəyə qarşı belə xəbərdar etmişdir:

Allaha və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir. (Ənfal Surəsi, 46)

QARDAŞLIQ VƏ BİRLİK

Mömin xüsusiyyətlərindən biri də Quranda "təsanüd" olaraq keçən qardaşlıq, həmrəylik, birlikdir. Quranda bildirildiyi kimi bütün möminlər bir-birlərinin qardaşlarıdır. Eyni yola çıxmış, eyni kitaba tabe olmuş, eyni hədəfə sahib olan, eyni duyğuları daşıyan insanlardır. Bu səbəbdən də aralarında böyük bir sevgi və həmrəylik olur. Allah bunu belə təsvir edir:

Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb Onun yolunda vuruşanları sevir. (Səff Surəsi, 4)

Yuxarıdakı ayədə təsvir edilən təsanüd ruhu içində Allah yolunda olmaq qəti əmrdir. Başqa bir ayədə belə buyurulur:

VİCDAN VƏ RUH

“Ey xatircəm olan kəs! Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən! (Fəcr Surəsi, 27-28)

Quranda bildirildiyinə görə nəfsin iki fərqli cəhəti olduğunu, bir qisminin “həva”dan, yəni Allahın yolundan saxlayan eqoist ehtiraslardan meydana gəldiyini bilirik. Nəfsin o biri qismi isə insanı Allaha və Quran əxlaqına yönəldir, nəfsin içindəki “fücur”dan çəkinməsini təmin edir. Nəfsin bu qismi vicdandır. Səcdə surəsində Allahın insana Öz ruhundan “üflədiyi” belə xəbər verilir:

O, yaratdığı hər şeyi gözəl yaratdı, insanı yaratmağa palçıqdan başladı. Sonra onun nəslini nütfədən – bir qətrə zəif sudan əmələ gətirdi. Sonra onu düzəldib insan şəklinə saldı və ona öz ruhundan üfürdü. O sizə göz, qulaq və ürək verdi. Siz az şükür edirsiniz! (Səcdə Surəsi, 7-9)

ETMƏYƏCƏYİ ŞEYİ SÖYLƏMƏMƏK

Allahın hökmünə əsasən, möminlər verdikləri sözləri tutmaqla məsuldurlar. Bir ayədə belə deyilir: "... Əhdə vəfa edin. Çünki əhd bir məsuliyyətdir." (İsra Surəsi, 34)

Çünki etibarlı olmaq mömin xüsusiyyətlərindən biridir. Bütün rəsullar qövmlərinə öz etibarlılıqlarını göstərmişlər, dürüst və əxlaqlı insanlar olaraq tanınmışlar. Bu vəziyyətdə, etibarlılığın əhəmiyyətli bir hissəsi olan əhdə vəfa böyük əhəmiyyət daşıyır.

Mömin verdiyi sözləri tutmalı, reallaşdıra bilməyəcəyini düşündüyü vədləri isə heç verməməlidir. Ayədə bu mövzu çox açıq bir şəkildə belə bildirilir:

VERİLƏN BORCUN YAZILMASI

İnsan, yaradılışı etibarilə unutqandır. Buna görə də Allah, möminlər bir-birlərinə borc verdikləri zaman şahidlər qarşısında borcun yazılmasını əmr etmişdir:

Ey iman gətirənlər! Müəyyən müddətə bir-birinə borc verib aldıqda, onu yazın! Bunu aranızda bir nəfər katib ədalətlə yazsın! Katib gərək Allahın öyrətdiyi kimi yazmaqdan boyun qaçırmasın, yazsın! Borclu olan şəxs borcunu söyləyərək yazdırsın və Rəbbi olan Allahdan qorxaraq ondan bir şey əskiltməsin. Əgər borclu ağılsız və zəifdirsə, yaxud söyləməyə qadir deyilsə, o zaman gərək onun vəkili ədalətlə deyib (borcu) yazdırsın. Öz adamlarınızdan iki kişini də şahid tutun! Əgər iki kişi olmazsa, razı olduğunuz bir kişi ilə iki qadının şəhadəti kifayətdir. Əgər (qadınlardan) biri (şəhadəti) unudarsa, o birisi onun yadına salsın. Şahidlər (bu işə) dəvət olunduqları zaman boyun qaçırmasınlar. Az və ya çox olmasına baxmayaraq, borcu öz vaxtına qədər yazmağa ərinməyin! Sizin bu işiniz Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməniz üçün haqqa daha yaxındır. Lakin aranızda həmişə dövr edən aşkar ticarət zamanı onu yazmamağınız sizin üçün günah deyildir. Alış-veriş etdiyiniz vaxt şahid tutun! Ancaq katibə və şahidə zərər yetirilməsin. Əgər zərər yetirsəniz, əlbəttə, bu sizin üçün pis işdir. Allahdan qorxun! Allah sizə öyrədir. Allah bütün işləri biləndir! (Bəqərə Surəsi, 282)

İNSANIN MƏLƏK ŞAHİDLƏRİ

Bir çox insan başqaları tərəfindən görülmədiyi zamanlarda, tamamilə "tək" olduğunu düşünür. Halbuki Allah hər vaxt onun yanındadır və Allahın insanın etdiyi bütün işləri yazmaqla vəzifələndirdiyi mələklər də insana şahiddirlər.

Bu vəziyyət Quranda Qaf Surəsində belə xəbər verilir:

And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq! Xatırla ki, (insanın) sağında və solunda (onun bütün əməllərini) təsbit edən (qeydə alan) iki mələk oturmuşdur! (Qaf Surəsi, 16-18)

ORTA YOLDA OLMAQ

Möminin orta yolda olması əvvəla həddi aşmayaraq yalnız halal dairəsində hərəkət etməsini ifadə edir. Bu, ilk baxışda texniki qorunma kimi görünsə də həqiqətdə stabil ruh halı tələb edir. Çünki mömin bəzən cahiliyyə əxlaqını yaşayan insanlarla eyni mühitdə olacaq, onlarla söhbət edəcək. Cahiliyyənin hakim olduğu mühitlərdə lazım olan davranışları göstərməli, özünü cahiliyyə mədəniyyətinin təsirinə buraxmamalı, həddində və ağıllı davranmalıdır. 

Əlbəttə, yalnız cahiliyyə mühitlərində deyil, möminlərin arasında da incə düşüncəni və orta yolu tələb edən vəziyyətlər var.

BOŞ VƏ FAYDASIZ İŞLƏRDƏN ÜZ ÇEVİRMƏK

Mömin boş və faydasız işlərlə maraqlanmaz və bu cür işlərlə təmin olmaz. İnkar edənlər üçün çox böyük əhəmiyyət kəsb edən dünya işləri, möminlər üçün sadəcə dinin tələb etdiyi qədər maraqlanılan, bundan əlavə heç bir əhəmiyyəti olmayan boş işlərdir. Buna görə də Quranda möminlər, “Onlar, “tamamilə boş” şeylərdən üz çevirənlərdir” (Muminun Surəsi, 3) deyə təsvir edilir.

Ayədə, möminin boş və faydasız bir söz və ya hadisəylə qarşılaşdığı zaman bundan üz çevirib, özünü faydalı bir işə verməsi lazım olduğu vurğulanmışdır. Bu, hər zaman Allahın razılığına ən uyğun rəftardır. Möminin bunu etməsi üçün özünü heç boş buraxmaması, davamlı diqqətli və nə etdiyini bilən bir tutum içində olması lazımdır. Sadə insanlarla sadə müzakirələrə girmək, dinin mənfəətləri xaricində hər hansı bir mövzunun mübarizəsini aparmaq möminə yaraşmaz. Quranda, nümunə mömin rəftarı belə təsvir edilir:

AYƏLƏRİ VƏ HİKMƏTİ AĞILDA SAXLAMAQ

Müzzəmmil Surəsinin 7-ci ayəsində bildirildiyi kimi gün ərzində möminlərin "uzun-uzadı davam edən işləri" var.

İman edən insan etdiyi iş nə olursa olsun Allahla olan əlaqəsini kəsməz. Quranda özünə nəsihət edilən əxlaqı göz ardı etməz. Bir ayədə iman edənlərin bu xüsusiyyəti belə izah edilir:

O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi bir gündən qorxarlar. (Nur Surəsi, 37)

BİR DƏSTƏ İLƏ QARŞILAŞILDIĞI ZAMAN ALLAHI ÇOX ZİKR ETMƏK

İman edən bir insanın həyatındakı ən önəmli vəzifəsi Allaha ibadətdir. Bu ibadətin ən əhəmiyyətli mahiyyəti isə Allahın seçib bəyəndiyi dini təbliğ edərək Quranda bildirildiyi kimi "şeytanın təriqətiylə" mübarizə etməkdir. Bu mübarizə isə həmişə son dərəcə çətin və şiddətlidir. Tarixdəki nümunələrə baxdığımızda Müsəlmanların qarşısında duran güclərin həm say, həm də mal baximindan üstün olduqlarını görürük.

ALLAHI ÇOX ZİKR ETMƏK

Allaha həsr olunmuş həyat üçün Allahla yaxın dialoq qurmaq vacibdir. Bu dialoqun yolu “zikr”, yəni Allahı xatırlamaqdır. Mömin, “Ey iman edənlər, Allahı çox zikr edin” (Əhzab Surəsi, 41) hökmünə uyğun olaraq gündəlik həyatının hər anında zikr və dua halında olmalı, verilən nemətlərə qarşı dərin-dərin şükr etməli, səhvlərinə görə bağışlanma diləməli, edəcəyi işlər üçün kömək istəməli və tez-tez Allahı təsbih edib ucaltmalıdır. Mömini “Allahla dost” edən ibadət zikrdir. Bir ayədə zikrin icra forması belə bildirilir:

“Səhər-axşam yalvararaq, ürpərtiylə, səsini qaldırmadan ürəyində Rəbbini yad et və qafillərdən olma!” (Əraf Surəsi, 205)

NAMAZDA XUŞU

Namaz insanın Allaha qulluq etdiyinin ən açıq ifadəsi olaraq böyük bir əhəmiyyət daşıyır. İnsanı Allah qarşısında səcdəyə ucaldan bu ibadət Müsəlmanlıq əlamətidir.

Lakin bəzi insanların namazlarındakı məqsəd fərqlidir. Bu kəslər ibadətlərini yerinə yetirərkən yalnız Allahın məmnunluğunu qazanmaq məqsədində deyildirlər. Ayələrdə belə insanların ruh halı belə açıqlanır:

Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər. Onlar riyakarlıq edirlər. (Maun Surəsi, 4-6)

ACİZLİK GÖSTƏRMƏMƏK, KƏDƏRLƏNMƏMƏK, HÜZNƏ QAPILMAMAQ

Mömin, Allah yolunda uzun və çətin bir cəhd edər. Qarşısında çox vaxt özündən texniki cəhətdən daha güclü, daha çox sayda görünən şəxslər var. Ancaq yenə də Allah, Quranın yolunu izlədikləri müddət ərzində bu şəxslərə qarşı möminləri üstün edər.

Bu müvəffəqiyyətin sirlərindən biri möminlərin əsla acizlik göstərmədən, şövq və həyəcanla mübarizələrini davam etdirmələridir. İnkarçılar isə belə ola bilməzlər; dünyaya olan bağlılıqları, qorxuları, zəiflikləri, inancsızlıqları səbəbiylə bir çətinlik qarşısında əhvalları pozular və acizlik göstərərlər. Möminlər isə Allahın ayələrində bildirdiyi üzrə qəti qalib olacaqlarını bilmənin verdiyi şövqlə və Allahın ürəklərini sağlamlaştırması sayəsində zəiflik göstərməzlər. Quranda, iman edənlərin bu xüsusiyyəti belə izah edilir:

HEÇ BİR ŞEYİ ALLAHDAN, ELÇİSİNDƏN VƏ ALLAH YOLUNDA CƏHD ETMƏKDƏN VACİB BİLMƏMƏK

Möminin vəzifəsi bütün həyatı boyu Allaha qulluq etməkdir. Allaha olan qulluğun xaricində başqa bir məntiqlə qurulmuş həyat, Allahı inkar etmək və ya Ona ortaq qoşmaq mənasını verir ki, bu davranışın sonu cəhənnəm ola bilər.

Başqa cür desək dünya həyatı mömin üçün vasitə olmalıdır. Mömin, həyatın hər bir hissəsini Allaha yaxınlaşmaq və Onun dininə xidmət etmək üçün vasitə olaraq görməlidir. Əgər vasitə məqsəd halına gəlirsə (inkarçılar belə edir) o halda ortada böyük bir təhlükə olduğu aydın olur.

İNKARÇILARA SEVGİ GÖSTƏRMƏMƏK

Bir insanın həqiqi mənada Quran əxlaqını yaşaya bilməsi üçün cahiliyyə cəmiyyətinin bütün ön yarqılarından və yalnış fikirlərindən tamamilə uzaqıaşması lazımdır. Tərk edilməsi lazım olan bu cür anlayışların başında cahiliyyənin sevgi anlayışı gəlir.

Cahiliyyədə sevgi mənfəət üzərinə qurulub. İnsan başqa bir insanı ona mənfəət təmin etdiyi üçün, ona yaxşı münasibət göstərdiyi üçün və ya heç olmasa yaxşı davrandığı üçün sevər. Sevginin bir başqa ölçüsü isə qan əlaqəsidir. İnsanlar öz ailələrindən, soylarından, "tayfa"larından olan başqa insanları sırf aralarındakı qan qohumluğuna görə sevərlər.

ALLAH HEÇ KİMƏ QALDIRA BİLMƏYƏCƏYİ YÜKÜ YÜKLƏMƏZ

Cahiliyyə cəmiyyətindəki insanların bir hissəsi dini praktikada yaşamağın onlara çətin gəldiyini və elə bu səbəbdən dindən uzaq həyat sürdüklərini deyirlər. Beləcə Allaha qarşı olan nankorluqlarını öz aləmlərində qanuniləşdirdiklərinə, günahlarını isə yüngülləşdirdiklərinə ümid edirlər. Halbuki yalnız özlərini aldadırlar. Çünki Allah heç kimə gücünün çatdığından daha ağır məsuliyyət yükləməz. Allah Bəqərə Surəsində belə buyurur:

Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı (xeyir yalnız) onun özünə, qazandığı (şər də yalnız) öz əleyhinədir… (Bəqərə Surəsi, 286)

HƏR AN DAVAM EDƏN İMTAHAN

Dünyada reallaşan və insanın da şahid olduğu heç bir hadisə məqsədsiz və əbəs yerə reallaşmır. Allah hər şeyi bir hikmətlə yaradır. Bunu qavramaq isə insanın şüuruna bağlıdır. İmanı, bununla əlaqəli olaraq da ağlı və bəsirəti artan insan hadisələrdəki hikmətləri getdikcə daha yaxşı qavrayır.

Bu hikmətlərin ən əhəmiyyətlilərindən biri isə insanın imtahan edilməsidir. Allah qarşısına çıxardığı xüsusi yaradılmış vəziyyətlərlə, insanın səmimiyyətini və imanını yoxlayır. Ona bəzən nemət verərək şükür edib-etməyəcəyini ortaya çıxarır. Bəzən də təvəkküllü və sədaqətli davranıb-davranmadığını ortaya çıxarmaq üçün çətinlik verir. Bir ayədə belə buyrulur:

ŞÜKR

Allah hər şeyi bir məqsəd və hikmətlə yaratdığı kimi, insana verdiyi nemətləri də bir məqsədlə yaratmışdır. İnsana verilən hər şey- həyat, iman, ruzilər, sağlamlıq, göz, qulaq bütün bunlar insanın Allaha şükr etməsi üçün bir nemətdir.

Əgər insan cahiliyyə cəmiyyətinin qəflət pərdəsini qaldırsa xoşuna gələn hər bir şeyin Allahdan gələn bir nemət olduğunu görə bilər. Yediyi bütün qidalar, tənəffüs etdiyi təmiz hava, ətrafındakı gözəlliklər, bütün bunları görməsini təmin edən gözü, hər şey, və tamamiylə hər şey Allahdan bir nemətdir. Belə ki, bu nemətlər sayıla bilməyəcək qədər çoxdur. Bu həqiqət Quranda belə bildirilir:

MÜLKÜN HƏQİQİ SAHİBİ

İnsanların çəkdiyi bəlaların və ya bir-birlərinə qarşı etdikləri əziyyətlərin əsas səbəblərindən biri mal-mülk uğrunda aparılan mübarizədir. Hətta cahiliyyə cəmiyyətinin bütün həyatı "mülk sahibi olmaq" ehtirasına həsr olunur. Belə insanlar bütün zamanlarını daha çox mala sahib ola bilmək üçün sərf edir, bu ehtirası həyatlarının ən böyük məqsədi halına gətirirlər.

Halbuki dünya həyatının özülünü təşkil edən bu "çoxaltmaq ehtirası" (Hədid Surəsi, 20), tam mənasıyla bir aldanışdır. Çünki yer üzündəki bütün mülkün sahibi Allahdır. İnsanlar "mal sahibi" olduqlarını zənn etməklə özlərini aldadarlar. Sahib olduqlarını zənn etdikləri şeyləri özləri yaratmayıblar, o şeyləri yaşatmağa gücləri çatmaz. Yox olmalarına da heç bir maneçilik törədə bilməzlər. Daha doğrusu nəyəsə "sahib" olacaq bir vəziyyətləri yoxdur, çünki özləri başqa bir varlığın "mülkü"dürlər. "İnsanların sahibi" (Nas Surəsi, 2) olan Allahın idarəsi altındadırlar.

DÜNYA HƏYATININ MÜVƏQQƏTİ OLMASI

İnsan dünyaya müvəqqəti olaraq gəlmişdir. Burada həm sınanılacaq, həm öyrədiləcək, sonra da axirətdəki əbədi yurduna gedəcək. Dünyadakı nemətlər, gözəlliklər isə cənnətdəki gerçək nemətlərin çox məhdud bir kopiyası olaraq və axirəti xatırlatmaq üçün yaradılmışdır.

Ancaq inkarçılar bunu qavraya bilməz və əbədi zənn etdikləri dünyanı həyatlarının tək məqsədi halına gətirərlər. Bu isə tamamilə səhvdir. Çünki son dərəcə müvəqqəti, əskik və qüsurlu olan dünya nemətləri əbədiyyətə və mükəmməlliyə can atan insanı təmin edə bilməz. Allah dünyanın bir aldanış olduğunu bir ayədə belə bildirir:

QƏLBDƏKİ NİYYƏTİ ALLAHIN BİLMƏSİ

İnkarçıların ən əsas xüsusiyyətlərindən biri səmimiyyətsizlikdir. Həm Allaha, həm insanlara, həm də özlərinə qarşı səmimiyyətsizdirlər. İnsanlara qarşı şəxsi mənfəətləri naminə çox gözəl davranar, amma çıx asanlıqla onlara qarşı kin və ya qısqanclıq bəsləyə bilirlər. Qəribəsi budur ki, həmin ikiüzlülüyü özlərinə qarşı da edirlər. Etdikləri səhvləri özləri də bildikləri halda, özlərinin mükəmməl bir insan olduqlarını zənn edirlər.

Bu səmimiyyətsizliyin kökündə yatan məntiq çox qəribədir.Bu məntiq ürəklərindən keçən düşüncələrin heç kim tərəfindən bilinməyəcəyi və dolayısilə bu düşüncələrinə görə heç kim tərəfindən günahlandırılmayacaqları inancına əsaslanır. Bu inanc öz əhatələrində doğrudur, yəni kimsə kiminsə əsl düşüncələrini bilməz. Ancaq nəzərə almadıqları bir şey vardır: Allah insanların zehinlərindən keçən bütün düşüncələri, hətta özlərinin belə fərqinə varmadığı şüuraltı düşüncələri ən yaxşı şəkildə biləndir. Allahın gizli və ya açıq hər şeyi bilən olduğu ayələrdə belə bildirilir:

HƏR HADİSƏNİN QURAN ƏXLAQINA UYĞUN ŞƏKİLDƏ QİYMƏTLƏNDİRİLMƏSİ

Möminin həyatının məqsədi Allaha qulluq etməkdən başqa bir şey deyil. İnsan öz ehtiraslarına görə yaşamaq, ehtiraslarının arxasında qaçmaq ya da başqa insanlara xidmət etmək üçün deyil, yalnız və yalnız Allaha qulluq etmək üçün yaradılmışdır.

Allaha qulluğun yolu isə insanın Quranı özünə rəhbər etməsidir. Mömin üçün əsas məqsəd var gücüylə Quranın hər hökmünə uyğun şəkildə yaşamaqdır.

ÜMİDSİZLİYƏ VƏ ŞEYTANIN MƏNFİ TƏBLİĞİNƏ FÜRSƏT VERMƏMƏK

Ümidsizlik iki cür ola bilər. Birinci halda insan qarşılaşdığı çətinliklər qarşısında ümidsizliyə qapıla bilər. Ancaq iman etmiş hər insan Allahın nəzarəti altında icra edilən və Onun dəstəkləyəcəyini vəd etdiyi işlərdə hər hansı mənfi halın olmayacağını bilir. Çünki Qurandakı ayələrdə Allahın konkret olaraq möminləri dəstəklədiyi və onları əsla inkarçılar qarşısında köməksiz buraxmayacağı xəbər verilir.

ALLAHIN MÖMİNLƏRƏ DƏSTƏYİ

Cahiliyyə cəmiyyətindəki insanlar xarakterlərini sahib olduqları güc və mövqelərinə görə formalaşdırırlar. Özlərinə güvənməkləri üçün mütləq ya zəngin, ya məşhur, ya çox gözəl və ya yaraşıqlı olmalıdırlar. Ancaq mömin yalnız Allaha güvənərək yaşayar və möminin özünə güvənməsi üçün inkarçıların ehtiyac duyduğu maddi meyarların heç birinə ehtiyacı yoxdur. Çünki Allah daim möminlərlədir. Allah, “And olsun ki, Mən və elçilərim hökmən qalib gələcəyik!” (Mücadilə Surəsi, 21) hökmünün sirri ilə elçilərini və onlara tabe olan möminləri hər zaman qalib edər. Mömin bütün dünyanın qarşısında tək başına olsa belə üstün gələr. Allah rəsuluna belə bildirir:

ÖLƏNƏ QƏDƏR SƏBİR

İnsan xarakter olaraq tələskən yaradılmışdır və bu xüsusiyyətinə görə də bir çox səhvlər edir. Halbuki Quranda insanın bu tələskənliyindən əl çəkməsi və Allah üçün səbr etməsi tövsiyə edilir. Mömin Allahın vəd etdiyi böyük nemət və qurtuluşu gözləməyi və buna görə səbr etməyi bacarmalıdır. Bu, bir ibadətdir. Ayədə “Rəbbin üçün səbr et” (Muddəssir Surəsi, 7) hökmü verilir. Həm Allah yolunda mübarizənin, həm də Allaha yaxınlaşmaq üçün gedilən yolun ən əhəmiyyətli nemətlərindən biri səbirdir. Bir ayədə belə buyurur:

“Ey iman edənlər! Səbr edin, dözümlü olun, növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” (Ali-İmran Surəsi, 200)

BAĞIŞLANMA VƏ TÖVBƏ

Allahın Quranda ən çox təkrarlanan isimlərindən ikisi, "Rəhman" və "Rəhim", yəni "əsirgəyən" və "bağışlayan" sifətləridir. Qullarına olan bu rəhmətinə görə də Allah, insanları işlədikləri günahlara görə dərhal cəzalandırmır:

Əgər Allah insanları zülmləri üzündən cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ buraxmazdı. Lakin (Allah) onlara müəyyən müddət möhlət verər. Əcəlləri gəlib çatdıqda isə bircə saat belə nə geri qalar, nə də irəli keçə bilərlər.. (Nəhl Surəsi, 61)

DUA VƏ EDİLMƏSİ

Allah bir ayəsində duanın əhəmiyyətini belə ifadə edir:

De ki: “Sizin duanız olmasaydı Rəbbim sizə dəyər verərdimi?”... (Furqan Surəsi, 77)

Həqiqətən də dua, bir mömini inkar edənlərdən fərqləndirən, Allah Qatında “qiymətli” edən təməl ibadətlərdən və imanın ən açıq göstəricilərindən biridir.

SEÇİLMİŞLİK

Allah hər insan üçün bir qədər (tale) təyin etmişdir və bu qədəri hər hansı bir insanın ya da hadisənin dəyişdirməsi mümkün deyil. İnsanın hansı tarixdə, hansı cəmiyyətdə, hansı ailəyə mənsub olacağını təsbit edən, həyatı boyunca da nələrlə qarşılaşacağına qərar verən ancaq Allahdır. İnsana sahib olduğu ağılı, fikrindən keçirdiyi düşüncələri ilham edən də yenə Allahdır.

Bu səbəbdən bir insanın iman etməsi, sahib olduğu hər hansı xüsusiyyətdən qaynaqlanmaz. İmanı verən ancaq və ancaq Allahdır. Allah “Hadi”dir, yəni hidayət verəndir, eləcə də “Rəbb”dir, yəni öyrədib yetişdirəndir. İstədiyi qulunu doğruya yönəldər. Quranda bu gerçək Hz. Musanın sözləri ilə belə xəbər verilir:

DAİM PİSLİYİ ƏMR EDƏN NƏFS

İnsanın şeytan qədər diqqət yetirməli olduğu bir başqa azdırıcı ünsür də öz daxilindədir. Allah, insanı yaradarkən onun nəfsinə (mənliyinə) həm yaxşılıq, həm də pislik ilham etmişdir. Bu pis tərəf insanı davamlı şeytanın tərəfinə çəkməyə çalışır. Quranda, insan ruhundakı bu iki cəhət belə açıqlanır:

And olsun nəfsə və onu yaradana; Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini öyrədənə ki, Nəfsini təmizləyən mütləq nicat tapacaqdır! Onu batıran isə, əlbəttə, ziyana uğrayacaqdır. (Şəms Surəsi, 7-10)

ŞEYTANIN DAYANMAZ FƏALİYYƏTİ

Allah Hz. Adəmi yaratdığı və bütün mələklərə "Adəmə səcdə edin" əmrini verdiyi zaman şeytan Ona qarşı gəlmiş və bu üsyana görə sonsuza qədər lənətlənmişdi. Buna görə o da qiyamət gününə qədər insanları azdırmaq üçün Allahdan müddət istədi. Allah bu icazəni verdikdə isə bu dedi:

(İblis) dedi: “Sən məni yoldan çıxartdığına görə mən də Sənin düz yolunun üstündə oturub (insanları) tovlayacağam. Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən”. (Əraf Surəsi, 16-17)

YANIMIZDAKI ÖLÜM

Cahiliyyə cəmiyyəti, adından da aydın olduğu kimi son dərəcə məlumatsız, ağılsız və şüursuz cəmiyyətdir. Bu cəmiyyətin üzvləri həyatlarını həqiqətlərə, ağla və məntiqə yönəltməzlər. Əksinə boş və batil inanclar, həqiqətdən uzaq zənnlər, xahişlər və nəticədə aldanışlarla yaşayarlar. Bu aldanışların biri də ölüm haqqındakı düşüncələridir. Ölümü mümkün olduğu qədər ağıllarından çıxarmalı, düşünməməli olduqlarının qənaətindədirlər.

HƏR İŞDƏ BİR XEYİR OLMASI

Allah hər şeyi bir hikmət üzərinə yaradır. Bu hikmətlərdən biri də Rəbbimizin meydana gətirdiyi hadisələrin nəticəsinin möminlərə fayda verməsi, dinə fayda gətirməsidir. Çünki Allah möminlərlə bərabərdir və möminlərin əleyhinə yol verməz. 

Möminin qarşısına çıxan bəzi hadisələr, məsələn, inkarçıların qurduğu tələ, ilk baxışda mənfi, əleyhdə bir vəziyyət kimi görünə bilər, amma Allah mütləq bunda da bir xeyir yaratmışdır. Bu hadisədə nə kimi xeyirlər olduğunu da dərhal və yaxın zaman içərisində möminlərə göstərər. Buna görə möminlərin də qarşılaşdıqları hər hadisədə bir xeyir olduğunu bilməlidirlər.

DİQQƏTLİ OLMAQ

Təfəkkürün əhəmiyyətli bir hissəsini diqqət təşkil edir. Allah bütün kainatı və kainatın hər hissəsini Öz varlığının dəlillərini göstərmək üçün yaratmışdır. Ancaq inkarçılar bu gerçəyi qavraya bilməzlər. Çünki bu incəliyi qavrayacaq “görmə” qabiliyyətinə sahib deyildirlər. Quranda ifadə edildiyi kimi “… gözləri vardır bununla görməzlər…”. (Əraf Surəsi, 179) Gözləriylə gördükləri maddi kainatın üzərindəki incə pərdəni qaldırıb, arxasındakı böyük həqiqəti fərq edəcək ağıla və qavrayışa sahib deyildirlər.

Mömin isə Allahın kainatı hikmətlə və məqsədli şəkildə yaratdığını qəbul edir və bununla da gözləri olduğu halda görməyən qrupdan fərqlənir. Ancaq bu imanın ilk mərhələsidir. İman və ona paralel olaraq ağıl inkişaf etdikcə, mömin qəbul etdiyi bu böyük gerçəkliyi qarşısına çıxan hər təfərrüatda yoxlamağa başlayır.İmanın bu şəkildə inkişafı üç mərhələyə ayrılır: Elm-əl yəqin, Ayn-əl yəqin, Haqq-əl yəqin.

TƏFƏKKÜR

İnkar edənlər dünyada yaradılmış olan dəlilləri görmədən keçib gedirlər. İman edən bir insanın bu şəxslərdən fərqi isə Allahın yaratdığı dəlilləri hər an görə bilməsidir. Mömin ətrafındakı hər incəlikdə Allahın qüdrətini və sənətini görər, Onu təsbeh edər və Allaha yaxınlaşmağa yol tapar. Möminlərin bu xüsusiyyətləri Quranda belə izah edilir:

“O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!” (Al-İmran Surəsi, 191)

TƏVƏKKÜL

Bütün hadisələri meydana gətirən Allahdır. Allahın yaratmış olduğu hadisələrin hamısında möminlər üçün mütləq bir xeyir var. Bütün hadisələr mütləq möminlərə faydalı olacaq şəkildə hazırlanmışdır və hər şey bu plana görə işləyir. 

Möminin tək güvənib dayancağı dostu Allahdır. Tək vəkil Odur. Möminin üzərinə düşən, hadisələr qarşısında yalnız Allahın istədiyi reaksiyaları vermək, səbəblərə sarılmaq, nəticəsini isə Allahdan gözləməkdir. Ayələrdə inkarçıların xəbərdar olmadığı bu böyük sirr belə ifadə edilir:

QƏDƏR

Dünyada və hətta bütün kainatda hər şey bir məqsəd üzrə reallaşır. Quranda bildirildiyinə görə Allah, "... Bütün işləri yoluna qoyar..." (Rəd Surəsi, 2). Bir başqa ayədə bildirildiyinə görə isə, "... O bilmədən bir yarpaq da düşməz" (Ənam Surəsi, 59)

Meydana gələn bütün hadisələri yaradan, idarə edən, bu hadisələrin əvvəllərinin və sonlarının necə olacağını təyin edən Allahdır. Kainatdakı bütün ulduzların və dünyanın hər hərəkətini, dünyadakı bütün canlıların hər halını, insanın necə yaşayacağını, nə danışacağını, nə ilə qarşılaşacağını təyin edən Allahdır. Allah kitabında "Heç şübhəsiz, Biz hər şeyi qədər ilə yaratdıq" (Qəmər Surəsi, 49) hökmünü verir. 

GÜCÜNÜN ÇATDIĞI QƏDƏR ALLAHdan QORXMAQ

İnsan nə qədər Allahdan qorxsa, Onun Qatında o qədər üstün olar. Allah qorxusunda bir sərhəd yoxdur, hər insan bunu Allahdan diləyərək artıra bilər. Bu mövzuda Quranda rəsullar nümunə olaraq verilmişdir. Bu sayədə möminlər özlərini onlarla müqayisə edib, Allah qorxularını daha da artıra biləcəklərini anlaya bilərlər. 

Allah möminlərdən ola biləcək ən yüksək dərəcədə Özündən qorxmalarını istəyir. Ayələrdə, bu mövzuda bu hökm verilir:

ALLAHI HAQQIYLA TƏQDİR ETMƏK

Quran ayələrində, Allahın sifətlərinin bir qismi bu şəkildə xəbər verilir:

Allahdan başqa heç bir tanrı yoxdur. Əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa Onundur. Allahın izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onlar Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur! (Bəqərə Surəsi, 255)
 

QURAN ƏXLAQI © 2008. Template Design By: SkinCorner