QƏLBDƏKİ NİYYƏTİ ALLAHIN BİLMƏSİ

İnkarçıların ən əsas xüsusiyyətlərindən biri səmimiyyətsizlikdir. Həm Allaha, həm insanlara, həm də özlərinə qarşı səmimiyyətsizdirlər. İnsanlara qarşı şəxsi mənfəətləri naminə çox gözəl davranar, amma çıx asanlıqla onlara qarşı kin və ya qısqanclıq bəsləyə bilirlər. Qəribəsi budur ki, həmin ikiüzlülüyü özlərinə qarşı da edirlər. Etdikləri səhvləri özləri də bildikləri halda, özlərinin mükəmməl bir insan olduqlarını zənn edirlər.

Bu səmimiyyətsizliyin kökündə yatan məntiq çox qəribədir.Bu məntiq ürəklərindən keçən düşüncələrin heç kim tərəfindən bilinməyəcəyi və dolayısilə bu düşüncələrinə görə heç kim tərəfindən günahlandırılmayacaqları inancına əsaslanır. Bu inanc öz əhatələrində doğrudur, yəni kimsə kiminsə əsl düşüncələrini bilməz. Ancaq nəzərə almadıqları bir şey vardır: Allah insanların zehinlərindən keçən bütün düşüncələri, hətta özlərinin belə fərqinə varmadığı şüuraltı düşüncələri ən yaxşı şəkildə biləndir. Allahın gizli və ya açıq hər şeyi bilən olduğu ayələrdə belə bildirilir:

O, göylərdə və yerdə olanları da, sizin gizlində və aşkar da nə etdiyinizi də bilir. Allah ürəklərdə olanları biləndir! (Təğabun Surəsi, 4)

Sözünüzü istər gizləyin, istər aşkar edin. Şübhəsiz O, sinələrin özündə olanları bilir. O, yaratdığını bilməzmi? O, Lətifdir, Xəbirdir (hər şeydən xəbərdar olandır). (Mülk Surəsi, 13-14)

Heç kim Allahın xəbəri olmadan bir başqa birisiylə danışa bilməz. Allahdan heç hara qaça bilməz. Quranda bu gerçək belə ifadə edilmişdir:

Məgər Allahın göylərdə və yerdə olan hər şeyi bildiyini görmürsən? Üç nəfərin arasında gedən elə bir xəlvəti söhbət yoxdur ki, (onların) dördüncüsü, beş nəfərin də altıncısı O olmasın. İstər bundan az, istərsə də çox olsunlar – harada olursa olsunlar, (Allah) onların yanındadır. Sonra Qiyamət günü onlara nə etdiklərini xəbər verəcəkdir. Allah hər şeyi bilir. (Mübarizə Surəsi, 7)

Bu səbəbdən insanın Allahı aldatması mümkünsüzdür. Allah etdiyimiz bütün hərəkətləri, ürəyimizdən keçən düşüncələri, hətta özümüzün belə bilmədiyimiz şüuraltımızı bilir. Bir ayədə belə bildirilir:

"And olsun, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsələr verməkdə olduğunu bilərik. Biz ona şahdamarından daha yaxınıq." (Qaf Surəsi, 16)

Bu vəziyyətdə insanın adəcəyi tək şey Allaha qarşı son dərəcə səmimi olmaqdan başqa heç nə ola bilməz. Allah insanın nə olduğunu bildiyi halda bir insanın Allaha qarşı özünü olduğundan üstün göstərməyinin heç bir mənası yoxdur. İnsan zəif nöqtələrini, qüsurlarını, imani zəifliklərini Allaha səmimi şəkildə açmalı və Ondan kömək istəməlidir.

Peyğəmbərlər Allah ilə olan səmimi əlaqənin ən gözəl nümunələridir. Allaha "Rəbbim, mənə ölüləri necə diriltdiyini göstər" şəklində dua edən, Allahın isə ondan "Məgər sən inanmırsan?" deyə soruşduqda da, "xeyr (inandım), ancaq istəyirəm ki, ürəyim rahat olsun." (Bəqərə Surəsi, 260) şəklində cavabı ilə Hz. İbrahim bu mövzuda Quranda nümunə verilir. Eyni şəkildə, Allahın ona "Firona get" əmrini verdikdə, "Ey Rəbbim! Mən onlardan birini öldürmüşəm, qorxuram ki, onlar da məni öldürələr" (Qəsəs Surəsi, 33) deyərək Allahdan güc və kömək istəyən Hz. Musanın sözləri bir səmimiyyət nümunəsidir.

İnsan Allaha möhtac olduğunu qavramadan özünü güclü, təqvalı, cəsur görməyə çalışmaqla bu xüsusiyyətlərə qovuşmaz. Çünki "... insan zəif olaraq yaradılmışdır" (Nisa Surəsi, 28) və bu zəifliyi Allaha möhtac olduğunu yaxşı anlasın deyə vardır. Bu səbəbdən səmimi bir şəkildə Allaha yaxınlaşmalı, özündə gördüyü hər cür səhvi Ona açıb, Rəbbimizdən kömək istəməlidir.
 

QURAN ƏXLAQI © 2008. Template Design By: SkinCorner