YANIMIZDAKI ÖLÜM

Cahiliyyə cəmiyyəti, adından da aydın olduğu kimi son dərəcə məlumatsız, ağılsız və şüursuz cəmiyyətdir. Bu cəmiyyətin üzvləri həyatlarını həqiqətlərə, ağla və məntiqə yönəltməzlər. Əksinə boş və batil inanclar, həqiqətdən uzaq zənnlər, xahişlər və nəticədə aldanışlarla yaşayarlar. Bu aldanışların biri də ölüm haqqındakı düşüncələridir. Ölümü mümkün olduğu qədər ağıllarından çıxarmalı, düşünməməli olduqlarının qənaətindədirlər.


Bu hərəkətlə, yəni ölümü göz ardı etməklə əldə etmək istədikləri şey isə öz ağıllarına görə ölümdən xilas olmaqdır. Ölümü düşünməsələr, ölümdən uzaqlaşdıqlarını zənn edirlər. Əlbəttə ki, bu məntiq, bir təhlükədən xilas olmaq üçün başını quma basdıran dəvəquşunun məntiqindən daha fərqli bir məntiq deyil. Halbuki bir təhlükəni görməzlikdən gəlmək, o təhlükəni yox etməz. Əksinə o təhlükəyə hazırlıqsız tutulmaq və dolayısilə daha böyük zərər görmək mənasını verər. 

Mömin, hər mövzuda olduğu kimi bu mövzuda da cahiliyyə cəmiyyətinin məntiqindən tamamilə uzaqdır. Onlar kimi açıq və qəti bir həqiqəti yox sayaraq xəyali bir dünyada yaşamaz. Əksinə, həqiqət olduğu, indiyə qədər dünyada yaşamış olan istisnasız bütün insanların şahidliyi ilə qəti olaraq isbat edilmiş olan ölümü ciddi bir şəkildə düşünər. İnkarçılara isə Allahın Quranda bildirdiyi bir əmrinə uyğun olaraq belə səslənər:

(Ya Peyğəmbər!) De: “(Qorxub) qaçdığınız ölüm sizi mütləq yaxalayacaqdır. Sonra siz gizlini də, aşkarı da bilənin (Allahın) hüzuruna qaytarılacaqsınız. O da sizə (dünyada) nələr etdiyinizi (bir-bir) xəbər verəcəkdir!." (Cümə Surəsi, 8)

Ölüm unudulmalı, düşünülməməli olan bir "müsibət" deyil, əksinə insana həyatın həqiqi mənasını öyrədən və dolayısilə üzərində sıx şəkildə düşünülməli olan böyük bir dərsdir. Mömin bu böyük hadisə üzərində ağıllı və səmimi bir şəkildə düşünər. Allahın insanı bir müddət yaşatdıqdan sonra niyə bu dünyadan ayırdığını, niyə bütün canlıları ölümlü etdiyini düşünər. Qurana görə, yaradılmış olan hər varlıq qısacası hər şey ölümlüdür. Bu, onların aciz və zəif bir "qul" olduqlarını göstərir. Həyatın sahibi Allahdır; yaradılmışlar, ancaq Allahın diləməsi ilə həyatda yaşayırlar və yenə Allahın diləməsi ilə həyatlarını itirərlər. Allah ayələrində belə hökm edir: 

(Yer) üzündə olan hər kəs fanidir (ölümə məhkumdur). Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir. (Rəhman Surəsi, 26-27)

Hamı öləcək və ən əhəmiyyətlisi isə nə vaxt, harada öləcəyini heç kim bilmir. Heç kimin bir dəqiqə sonra həyatda qalacağına dair bir zəmanəti yoxdur. Buna görə də mömin sanki hər an öləcəkmiş kimi davranmalıdır. Ölümü tez-tez düşünmək möminin ixlasını qorumasını və həmişə şüurlu hərəkət etməsini təmin edər, Allah qorxusunu artırar, nəfsini tərbiyə etməsinə kömək olar. 

Quranda, hər insanın bir gün öləcəyinə belə diqqət çəkilər:

(Ya Rəsulum!) Səndən əvvəl də heç bir bəşərə əbədiyyət vermədik. Belə olduğu təqdirdə, sən ölsən, onlar dirimi qalacaqlar?! Hər bir kəs ölümü dadacaqdır. Yoxlamaq məqsədilə Biz sizi şər və xeyirlə imtahana çəkərik. Və siz ancaq Bizim hüzurumuza qaytarılacaqsınız! (Ənbiya Surəsi, 34-35)

 

QURAN ƏXLAQI © 2008. Template Design By: SkinCorner