HƏR İŞDƏ BİR XEYİR OLMASI

Allah hər şeyi bir hikmət üzərinə yaradır. Bu hikmətlərdən biri də Rəbbimizin meydana gətirdiyi hadisələrin nəticəsinin möminlərə fayda verməsi, dinə fayda gətirməsidir. Çünki Allah möminlərlə bərabərdir və möminlərin əleyhinə yol verməz. 

Möminin qarşısına çıxan bəzi hadisələr, məsələn, inkarçıların qurduğu tələ, ilk baxışda mənfi, əleyhdə bir vəziyyət kimi görünə bilər, amma Allah mütləq bunda da bir xeyir yaratmışdır. Bu hadisədə nə kimi xeyirlər olduğunu da dərhal və yaxın zaman içərisində möminlərə göstərər. Buna görə möminlərin də qarşılaşdıqları hər hadisədə bir xeyir olduğunu bilməlidirlər.

Quran qissələrində bu mövzuya nümunə olan bir çox hadisə izah edilir. Hz. Yusifin həyatı bunlardan biridir. Hz. Yusif kiçik bir uşaqkən qardaşları tərəfindən quyuya atılmış, sonra oradan xilas olmuş, ancaq bir müddət sonra günahsız olduğu halda günahlandırılaraq zindana atılmışdır. 

Hz. Yusifin yaşadıqlarına bənzər vəziyyətlərlə qarşılaşan bir insan əgər imana və imanın gətirdiyi şüura sahib deyilsə, böyük talehsizliklərlə qarşı-qarşıya olduğunu, başına fəlakətlərin gəldiyini düşünəcək. Halbuki, Hz. Yusif bütün bu hadisələrin Allahın idarəsində inkişaf etdiyini və hamısında mütləq bir xeyir olduğunu heç bir zaman unutmamışdır. Necə ki, Allah bir müddət sonra bütün bu "fəlakət"lərin arxasındakı xeyiri ona göstərmiş və Hz. Yusif, atıldığı Misir zindanlarından xilas olaraq o ölkənin rəhbərliyində söz sahibi bir adam olmuşdur.

Mindiyi gəmidə "kim dənizə atılacaq" deyə püşk atılan, püşk özünə düşən və dənizə atılan, sonra da nəhəng bir balıq tərəfindən udulan Hz. Yunusun vəziyyəti də Hz. Yusifə bənzəyir. Quranda, Hz. Yunusun Allahı "təsbeh edənlərdən" olduğu üçün o yerdən qurtarıldığı və sonra da mükafatlandırıldığı belə izah edilir:

Əgər (Allahı çox) təsbeh edənlərdən olmasaydı, Onun qarınında (insanların) dirilib-qaldırılacaqları günə qədər kalakalmıştı. Sonunda o xəstə bir vəziyyətdəykən çılpaq bir yerə (sahilə) atdıq. Və üzərinə, sıx-geniş yarpaqla (balqabağa bənzər) növdən bir ağac bitirdik. Onu yüz min və ya (sayı) daha da artan (bir birlik)a (peyğəmbər olaraq) göndərdik. Sonunda ona iman etdilər, Biz də onları bir müddətə qədər faydalandırdıq. (Saffat Surəsi, 143-148)

Quran hekayələrində izah edilən bütün bu nümunələr insana əhəmiyyətli bir dərs verir: Bir hadisənin "fəlakət" kimi görünməsi, onun həqiqətdə elə olduğu mənasını verməz. Əgər mömin Allaha güvənsə, Ondan kömək diləyib, Ona sığınsa, onun başına gələcək heç bir hadisə "pis" deyil. Allah yalnız onu sınamaq, Özünə olan sədaqət və inancını sağlamlaştırmaq üçün müxtəlif çətinliklər meydana gətirər, amma bunların hamısının xeyirli bir nəticəsi olar.

İnkarçılar üçün isə bu vəziyyət tam əksinədir. Heç bir hadisə onlar üçün "xeyirli" deyil. Onlara zövq və sevinc verən, gözəl kimi görünən şeylər də həqiqətdə axirətdə çəkəcəkləri əzabı artıran səbəblər olacaq. İnkar edənlərin haqsız olaraq əldə etdikləri bütün qazanclar, hesabı soruşulacaq bir günah olaraq onların adına yazılır. Allah, Quranda bu hökmü verir:

Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər heç də bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyir, bu onlar üçün zərərlidir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır! (Ali-İmran Surəsi, 180)

 

QURAN ƏXLAQI © 2008. Template Design By: SkinCorner