VİCDAN VƏ RUH

“Ey xatircəm olan kəs! Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən! (Fəcr Surəsi, 27-28)

Quranda bildirildiyinə görə nəfsin iki fərqli cəhəti olduğunu, bir qisminin “həva”dan, yəni Allahın yolundan saxlayan eqoist ehtiraslardan meydana gəldiyini bilirik. Nəfsin o biri qismi isə insanı Allaha və Quran əxlaqına yönəldir, nəfsin içindəki “fücur”dan çəkinməsini təmin edir. Nəfsin bu qismi vicdandır. Səcdə surəsində Allahın insana Öz ruhundan “üflədiyi” belə xəbər verilir:

O, yaratdığı hər şeyi gözəl yaratdı, insanı yaratmağa palçıqdan başladı. Sonra onun nəslini nütfədən – bir qətrə zəif sudan əmələ gətirdi. Sonra onu düzəldib insan şəklinə saldı və ona öz ruhundan üfürdü. O sizə göz, qulaq və ürək verdi. Siz az şükür edirsiniz! (Səcdə Surəsi, 7-9)

İnsanın sahib olduğu bütün xüsusiyyətlər Allahın özünə üfləmiş olduğu “ruhdan” qaynaqlanır. İnsan əgər nəfsin istək və ehtiraslarını ilə deyil, vicdanı ilə hərəkət edərsə Allahın bəyəndiyi sifətlərə yiyələnər. Allah sonsuz mərhəmətlidir, bu səbəbdən Ona təslim olan mömin də mərhəmət sahibidir. Allah sonsuz ağıl sahibidir, bunun üçün Ona qulluq edən mömin də üstün bir ağla sahib olar. İnsan Allaha nə qədər yaxınlaşar, Ona nə qədər təslim olarsa, Rəbbimizin əxlaqıyla daha çox əxlaqlanar və “yaradılmışların ən xeyirlisi” (Bəyyinə Surəsi, 7) olar.

Daha əvvəl də ifadə etdiyimiz kimi nəfsin içində insanı daim pisliyə çağıran həvaya qarşı, onu daim yaxşılığa çağıran vicdan da var. Bu səbəbdən insan, içində özünü davamlı olaraq doğruya dəvət edən kompasa malikdir.

Şəms surəsində xəbər verildiyi üzrə, Allah insana “nəfsinin fücurundan çəkinməyi” ilham edir. Bu ilham, vicdandır. Bu səbəbdən vicdan, bir mənada Allahın səsidir. İnsan davamlı olaraq bu səsə qulaq asdığı və Quranda göstərilən təməl prinsipləri tam olaraq mənimsədiyi təqdirdə, davamlı olaraq doğru yolda irəliləyəcək. Onsuz da Quranın bütün hökmləri insanın içindəki vicdana uyğun təyin olunmuşdur. Rum surəsindəki iki ayədə bu mövzuda belə buyurulur:

Lakin zülm edənlər nadanlıqla nəfslərinin istəklərinə uydular. Allahın yoldan çıxartdıqlarını doğru yola kim sala bilər? Onlara kömək edə bilən kəslər də olmaz! Batildən haqqa tapınaraq üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə tərəf tut. Allahın dinini heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların əksəriyyəti bilməz. (Rum Surəsi, 29-30)

Ayələrə görə inkar edənlər nəfslərinin fücuruna, yəni həvalarına tabe olaraq azmışlar. Möminləri isə bunlarən əksinə, vicdanlarının səsini dinləyərək Allahın insanlara vəhy yoluyla çatdırdığı Quran əxlaqına tabe olmuşlar.

Quranda bildirilən vicdanın gündəlik həyatda tətbiq olunması, ümumiyyətlə tətbiq olunan “vicdan” anlayışından olduqca fərqlidir. Bəzi cəmiyyətlərdəki vicdan anlayışı, yolda rast gəldikləri kasıba sədəqə vermək, ya da heyvanlara sevgi göstərmək kimi son dərəcə səthi nümunələrlə məhduddur. Halbuki möminin vicdanı, Quranın bütün əmrlərinin və tövsiyələrinin yerinə yetirilməsini tələb edir. Hətta Quranda ümumi xəbər verilən bir çox rəftar, ağıl yoluyla tapılır və vicdan yoluyla tətbiq olunur.

Məsələn, Allah Quranda möminlərə təvazökar olmalarını əmr edir. Ancaq bu təvazökarlığın necə tətbiq olunacağını, hərəkətlərə necə əks etdiriləcəyini mömin ağlıyla tapır. Ağlıyla tapdığı bu rəftarların tətbiqini təmin edən güc isə, vicdandır.

Mömin gündəlik həyatda davamlı olaraq bir neçə variant arasında bir qərar verməli olur. Qarşılaşdığı variantların içində Allahın razılığına ən uyğun olanını seçməklə məsuldur. Bu qərarı verərkən Quranın hökmlərinə uyğun hərəkət etməli və vicdanının səsinə müraciət etməlidir. Qarşı-qarşıya qaldığı variantlar qarşısında vicdanı ilk olaraq dövrəyə girir və hansı variantın Allahın razılığına daha uyğun olacağını ona söyləyir. Ancaq ikinci mərhələdə nəfsi də dövrəyə girir və onu digər alternativlərə yönəltməyə çalışır. Nəfs, ümumiyyətlə, insana bəhanələr pıçıldayır. Quranda nəfsin qarşıya qoyduğu bu “bəhanə”lərə tez-tez diqqət çəkilir.
Mömin, nəfsinin pıçıldadığı bəhanələrə qulaq asmamalı və vicdanının özünə göstərdiyi ilk doğrunu tətbiq etməlidir. Quranda möminlərin vicdanına dair verilən nümunələr insanı bu mövzuda düşünməyə yönəltməlidir. Bir ayədə Peyğəmbərimiz (s.ə.s.) dövründə döyüşə çıxa bilmədikləri üçün gözlərindən yaşlar süzülən möminlərdən belə bəhs edilir:

Allaha və Onun Peyğəmbərinə sadiq qalmaq şərtilə, acizlərə, xəstələrə və sərf etməyə bir şey tapa bilməyənlərə heç bir günah yoxdur. Yaxşı işlər görənləri də məzəmmət etməyə heç bir əsas yoxdur. Allah bağışlayandır, rəhm edəndir! Yanına gəldikdə: “Sizin minməyiniz üçün bir heyvan tapmıram”, - deyərkən sərf etməyə bir şey tapa bilmədikləri üçün kədərdən gözlərindən yaş axa-axa geri dönənlərdə heç bir günah yoxdur! (Tövbə Surəsi, 91-92)

Peyğəmbər Əfəndimiz (s.ə.s.)-in yaşadığı dövrü düşündüyümüz zaman döyüşə çıxmağın zahirən son dərəcə təhlükəli olduğu məlum olur. Ancaq buna baxmayaraq möminlər, Allah yolunda cihad etmək üçün cəhd edirdilər. Səhabələr ölümə, ya da yaralanmağa getdiklərini bilə-bilə cihad etmək istəyidirlər. Bu ayələrdə xəbər verilən davranışlar Quranda nəzərdə tutulan vicdanın nümunələrindəndir.
 

QURAN ƏXLAQI © 2008. Template Design By: SkinCorner