DAİM PİSLİYİ ƏMR EDƏN NƏFS

İnsanın şeytan qədər diqqət yetirməli olduğu bir başqa azdırıcı ünsür də öz daxilindədir. Allah, insanı yaradarkən onun nəfsinə (mənliyinə) həm yaxşılıq, həm də pislik ilham etmişdir. Bu pis tərəf insanı davamlı şeytanın tərəfinə çəkməyə çalışır. Quranda, insan ruhundakı bu iki cəhət belə açıqlanır:

And olsun nəfsə və onu yaradana; Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini öyrədənə ki, Nəfsini təmizləyən mütləq nicat tapacaqdır! Onu batıran isə, əlbəttə, ziyana uğrayacaqdır. (Şəms Surəsi, 7-10)


İnsan ayədə ifadə edilən nəfsinin içindəki bu günahlardan xəbərdar olmalı və hər zaman bu təhlükəyə qarşı diqqətli davranmalıdır. Əgər nəfsindəki pisliyin varlığını qəbul etməz, ayədə deyildiyi kimi onu "batırarsa" pislikdən çəkinə bilməz, yenə ayədə bildirildiyi kimi "ziyana uğrayar".

Buna görə də insanın içindəki bu pis cəhətə qarşı diqqətli davranmalı, davamlı olaraq nəfsini təmizləməyə çalışmalıdır. Hz. Yusifin ayədə xəbər verilən, "Mən özümü təmizə çıxartmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs pis işlər görməyi əmr edər. Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir!”" (Yusif Surəsi, 53) şəklindəki ifadəsi, möminin nəfsinə qarşı ehtiyatlı olmasını göstərir. 

İnsan, nəfsinə qarşı hər zaman bu şəkildə ehtiyatlı davranmalı, nəfsinin əmr edəcəyi pisliklərə qarşı daim oyanıq olmalıdır. Çünki, “... Nəfslər nəfslər xəsislik etməyə hazırdır”. (Nisa Surəsi, 128) Bu ehtirasların insana nələr etdirə biləcəyinə də Quranda işarə edilmişdir. Məsələn, Hz. Adəmin oğullarından birini qardaşını öldürməyə yönəldən şey nəfsidir. (Maidə Surəsi, 30) 

Samirinin Hz. Musanın ardından təkrar bütlərə ibadət etməsinin və qövmünü də eyni pozqunluğa aparmasının arxasında yatan səbəb də eynidir; Samiri ayədə bildirildiyi üzrə, " (Samiri) belə cavab verdi: “Mən (İsrail oğullarının) görmədiklərini gördüm. Mən o Rəsulun ləpirindən bir ovuc torpaq götürdüm və onu atdım. Beləcə, öz nəfsim məni bu işə sövq etdi”. (Taha Surəsi, 96) deyir. 

İnsanın qurtuluşu özünü qısqanclığa, eqoizmə, üsyan və şirkə yönəldən nəfsinin pisliklərindən çəkinməsinə bağlıdır. Quranda ifadə edildiyi üzrə “Onlardan əvvəl yurd salmış və iman gətirirmiş kimsələr (ənsar) öz yanlarına (şəhərlərinə) mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd (qəzəb) duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. (Allah tərəfindən) nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə (Cənnətə) qovuşanlardır!” (Həşr Surəsi, 9) 

Mövzuyla əlaqədar başqa ayələrdə də belə buyurulur:

Amma kim Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinə istəyini qadağan etmişsə, Həqiqətən, onun yurdu Cənnətdir! (Naziat Surəsi, 40-41)

Mömin üçün ən böyük mübarizələrdən biri nəfslə edilən bu mübarizədir. İman edən insan nəfsinin özünə yönəltmək istədiyi; eqoizm, qısqanclıq, qürur, ehtiras kimi xəstəliklərə etiraz etməlidir.

Nəfs, insanı boş hədəflər arxasında qaçdırar. İnsana daha çox mal qazanacağını pıçıldayar. Halbuki, insan bu cür zövqlərin heç biriylə təmin olmaz. Nə qədər çox qazansa, daha da çoxunu istəyər. Bu halıyla nəfs, ac və əsla doymayan vəhşi heyvan kimidir. 

Nəfsin təmin olması isə bu müvəqqəti zövqlərin heç biriylə deyil, ancaq və ancaq adamın Allaha sığınmasıyla mümkün olur. İnsan Allaha qul olmaq üçün yaradılmışdır və "... qəlblər yalnız Allahı zikr etməklə aram tapar " (Rəd Surəsi, 28) hökmnə uyğun olaraq, bu vəzifəsini yerinə yetirib Onun rəhmətinə sarılmaqdan başqa heç bir şey ona rahatlıq və təmkinlik verməz. 

Ona görə də təmkinlik tapmış nəfs ancaq inkarın hər cür pisliyindən çəkinərək iman edən nəfsdir. Allah Quranda bu nəfsə belə xitab edər:

“Ey xatircəm olan kəs! (Və ya: “Ey arxayın nəfs!”) Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən! (Əməlisaleh) bəndələrimin zümrəsinə daxil ol! Cənnətimə varid ol!” (Fəcr Surəsi, 27-30)

 

QURAN ƏXLAQI © 2008. Template Design By: SkinCorner