
Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı (xeyir yalnız) onun özünə, qazandığı (şər də yalnız) öz əleyhinədir… (Bəqərə Surəsi, 286)
Bir başqa ayədə isə Allahın bizə seçib bəyəndiyi dinin Hz. İbrahimin dini kimi asan olduğu ifadə edilir:
Allah yolunda lazımınca cihad edin. O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı. Peyğəmbər sizə, siz də insanlara şahid olasınız deyə, Allah həm əvvəl, həm də bu (Kitabda) sizi müsəlman adlandırdı. Elə isə namaz qılın, zəkat verin və Allaha möhkəm sarılın. O sizin Himayədarınızdır. O nə gözəl Himayədar, nə gözəl Yardımçıdır! (Həcc Surəsi, 78)
Həqiqət belə ikən, din əxlaqını tətbiq etməyin çətin olduğunu, istədiyinə baxmayaraq dini yaşaya bilmədiyini iddia edən insan, şübhəsiz, səmimiyyətsizdir. Bu iddiayla da adam heç kimi aldada bilməz, ancaq öz-özünü aldatmış olar.