BOŞ VƏ FAYDASIZ İŞLƏRDƏN ÜZ ÇEVİRMƏK

Mömin boş və faydasız işlərlə maraqlanmaz və bu cür işlərlə təmin olmaz. İnkar edənlər üçün çox böyük əhəmiyyət kəsb edən dünya işləri, möminlər üçün sadəcə dinin tələb etdiyi qədər maraqlanılan, bundan əlavə heç bir əhəmiyyəti olmayan boş işlərdir. Buna görə də Quranda möminlər, “Onlar, “tamamilə boş” şeylərdən üz çevirənlərdir” (Muminun Surəsi, 3) deyə təsvir edilir.

Ayədə, möminin boş və faydasız bir söz və ya hadisəylə qarşılaşdığı zaman bundan üz çevirib, özünü faydalı bir işə verməsi lazım olduğu vurğulanmışdır. Bu, hər zaman Allahın razılığına ən uyğun rəftardır. Möminin bunu etməsi üçün özünü heç boş buraxmaması, davamlı diqqətli və nə etdiyini bilən bir tutum içində olması lazımdır. Sadə insanlarla sadə müzakirələrə girmək, dinin mənfəətləri xaricində hər hansı bir mövzunun mübarizəsini aparmaq möminə yaraşmaz. Quranda, nümunə mömin rəftarı belə təsvir edilir:

Onlar boş bir söz eşitdikləri zaman ondan üz çevirib: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir.Sizə salam olsun! Biz cahilləri istəmirik!” – deyirlər. (Qəsəs Surəsi, 55)

O kəslər ki, yalan yerə şahidlik etməz, faydasız bir şeylə rastlaşdıqları zaman onlardan üz çevirib vüqarla keçər. (Furqan Surəsi, 72)

Mömin bir işi bitirdiyi zaman heç dayanmadan başqa bir işlə məşğul olmağa başlamalıdır:

Elə ki, azad oldun, qalx! Və ancaq Rəbbinə yalvar! (İnşirah Surəsi, 7-8)

 

QURAN ƏXLAQI © 2008. Template Design By: SkinCorner