ƏMANƏTİ ƏHLİNƏ VERMƏK VƏ ƏMANƏT ƏHLİ OLMAQ

Quranda həm əxlaqi prinsip, həm də yerinə yetiriləcək işlərdə müvəffəqiyyət səbəbi olaraq əmanət və əmanət əhli anlayışları üzərində dayanılır. Mömin, özünə verilən əmanətlərə diqqətlə riayət edib, özünə göstərilən etibarı doğruldar. Bundan əlavə əmanəti kimə verməli olduğunu, yəni kimin əmanət əhli olduğunu da yaxşı yoxlamalıdır. Quranda bu mövzuya belə diqqət çəkilir:

Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir. Həqiqətən, Allahın bununla sizə verdiyi öyüd necə də gözəldir! Əlbəttə, Allah eşidəndir, görəndir! (Nisa Surəsi, 58)

... Hər kəs öz əhdinə vəfa etsə və pis əməllərdən çəkinsə, şübhəsiz ki, Allah müttəqiləri sevər. (Ali-İmran Surəsi, 76)

Əmanət, maddi dəyəri olan qiymətli əşya ola biləcəyi kimi vəzifə, ya da məsuliyyət də ola bilər. Mömin ağılla və uzaqgörənliklə kimlərin əmanət əhli olduğunu, hansı əmanəti kimə verəcəyini təsbit etməlidir.
 

QURAN ƏXLAQI © 2008. Template Design By: SkinCorner