QARDAŞLIQ VƏ BİRLİK

Mömin xüsusiyyətlərindən biri də Quranda "təsanüd" olaraq keçən qardaşlıq, həmrəylik, birlikdir. Quranda bildirildiyi kimi bütün möminlər bir-birlərinin qardaşlarıdır. Eyni yola çıxmış, eyni kitaba tabe olmuş, eyni hədəfə sahib olan, eyni duyğuları daşıyan insanlardır. Bu səbəbdən də aralarında böyük bir sevgi və həmrəylik olur. Allah bunu belə təsvir edir:

Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb Onun yolunda vuruşanları sevir. (Səff Surəsi, 4)

Yuxarıdakı ayədə təsvir edilən təsanüd ruhu içində Allah yolunda olmaq qəti əmrdir. Başqa bir ayədə belə buyurulur:

Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz (bir-birinizə) düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində (bir-birinizlə) qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz. (Ali-İmran Surəsi, 103)

Möminlər gözəl əxlaqlı, təvazökar, sevgi və hörmət dolu insanlardır. Buna görə də təsanüd möminlər arasında təbii şəkildə meydana gəlir. Ancaq bu mövzuda diqqət yetirilməli olan başqa məsələlər var. Çünki möminlərin edə biləcəyi bəzi səhvlər, bu təsanüdün zədələnilməsinə və möminlər arasında bir anlıq da olsa soyuqluğun yaşanmasına səbəb ola bilər.

Bu səhv hərəkətlərin səbəbi möminlərin davranışlarını qəflət anlarında idarəsi altına alan nəfsdir. Mömin fədakar, xoşgörüşlü və mülayimdir, amma hər kəsdə nəfs var və insan diqqət yetirməzsə, bəzən idarəsi nəfsin əlinə keçər. Qısqanc, eqoist və ehtiraslı olan nəfsin təsirinə düşmək isə bu pis hisslərin möminə təsir etməsi deməkdir. Məhz buna görə Allah Quranda möminləri təsanüd mövzusunda son dərəcə diqqətli olmaları üçün xəbərdar edir. Madam ki, şeytanın insandakı təzahürü olan nəfs insanı aldada bilər, elə isə mömin nəfsini hərəkətə keçirəcək bir üslubdan istifadə etməməlidir. Necə ki, Allah bir ayədə belə əmr edir:

Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir. (İsra Surəsi, 53)

Ayədə bildirilən həqiqət son dərəcə əhəmiyyətlidir. Birincisi, möminlərin bir-birlərinə qarşı davamlı olan ən gözəl xitab şəklini (yalnız gözəl deyil, “ən gözəl”) istifadə etmələri əmr edilir. İkincisi, şeytanın bir xüsusiyyəti aşkar olur: Şeytan insanların və xüsusilə də möminlərin arasını pozmaq üçün çalışır.

Şeytanın və nəfsin möminlərin arasındakı təsanüdü pozmaq üçün ən çox istifadə etdiyi yol rəqabət duyğusudur. Əgər mömin qəflət halında olsa, mövqe, vəzifə kimi məsələrdə rəqabət hissinə qapılıb qardaşlarını keçməyə, özünü onlardan daha ön plana çıxarmağa çalışa bilər. Eyni şəkildə özündən daha ön mövqedəki bir qardaşına qarşı qısqanclıq hiss edə bilər. Əslində qəflət halında edilən bu hərəkət Allaha üsyan deməkdir. Çünki, “Yoxsa onlar, Allahın öz fəzlindən insanlara verdiklərinimi qısqanırlar?...” (Nisa Surəsi, 54) ayəsinə görə insanlara verilmiş nemətlər Allahdandır və bunları qısqanmaq Allahın təqdirinə qarşı gəlmək mənasını verir. Bu səbəbdən möminlərin qısqanclıq kimi bir xislətdən tamamilə uzaq dayanmaları lazımdır. Bu həm Allahın razılığına müxalif bir hərəkətdir, həm də ayənin hökmünə görə möminlərin gücünün azalmasına səbəb olar:

Allaha və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir. (Ənfal Surəsi, 46)

Bu səbəbdən mömin qətiyyən qardaşları ilə çəkişmə, rəqabət mühiti meydana gəlməsinə mane olmalıdır. Həm özü qısqanclıq kimi çirkin bir duyğuya qapılmamalı, həm də sahib olduğu xüsusiyyətləri ön plana çıxardaraq qardaşlarının nəfsindəki qısqanclıq damarını oynatmamalıdır. təvazökar, təvazökar olmaq, rəqabət təhlükəsini yox edər. Quranda bu mövzuda verilən bir başqa meyar isə, qardaşlarının nəfsini öz nəfsinə üstün tutmaq, yəni hər vəziyyətdə fədakar davranmaq və bundan zövq almaqdır. Quranda bu meyar belə təsvir edilər:

Onlardan (mühacirlərdən) əvvəl (Mədinədə) yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd duymaz, özləri ehtiyac içində olsalar belə, onları nəfislərindən üstün tutarlar. Nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapanlardır! (Həşr Surəsi, 9)

Qısqanclıq, rəqabət, incinmə inananlar arasında birliyin və qardaşlığın qarşısı kəsən ən sərt maneələrdəndir. Ehtirasın nəticəsi olaraq möminlər arasında yarana biləcək hər hansı rəqabət möminlərin bir-birinə olan sevgisini azaldır. Quran əxlaqına zidd olan bu cür hərəkət onların ruhlarına böyük zərər verər və mənəvi yorğunluğa gətirib çıxarar.

Halbuki inananlar üçün sonsuz bir savab qaynağı var ikən bir-birlərinin qzrşısını kəsib haqsız rəqabət və qısqanclıqla vaxt keçirməyin heç bir mənası yoxdur. Hədəf Allahın rizasıdırsa, hər hansı rəqabət ola bilməz. Çünki insanlar başqasının arşısını kəsmədən də Allah rizası üçün xidmət edə bilər, savab yığa bilər. Bu səbəbdən möminlər bir-birlərinin yardımçısı olduqlarını unutmamalı və qardaşlarının müvəffəqiyyətlərini özünü kimi görə bilməlidir. Bu son dərəcə əhəmiyyətli amildir.

Quranda möminlərin arasındakı təsanüd ilə əlaqədar çox sayda ayə vardır. Möminlərin digər möminlərlə təsanüdlərinin artması üçün etdikləri dualardan biri belədir:

Onlardan sonra gələnlər deyərlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən!” (Həşr Surəsi, 10)

Möminlərin arasında münaqişənin və ya incikliyin yaşanması, bütün mübarizəyə zərər verir. Belə bir hərəkət möminlərin gücünü azaldır, inkarçıları disə gücləndirir. Necə ki, bir Quran ayəsində möminlərin bir-birlərinin vəliləri (dost və qoruyucuları) olmadıqları təqdirdə fitnə çıxacağı belə xəbər verilir:

İnkar edənlər bir-birlərinin vəliləridir. Əgər siz bunu etməsəniz (bir-birinizə kömək etməz və dost olmasanız) yer üzündə bir fitnə və böyük bir təxribatçılıq (fəsad) olar. (Ənfal Surəsi, 73)

Təsanüdlə əlaqədar açıq hökmlərdən bəziləri belədir:

Özlərinə aydın dəlillər gəldikdən sonra firqələrə ayrılıb ixtilaf edənlər kimi olmayın. Onları böyük bir əzab gözləyir. (Ali-İmran Surəsi, 105)

Səndən qənimətlər haqqında soruşurlar. De: “Qənimətlər Allaha və Peyğəmbərə aiddir”. Elə isə Allahdan qorxun və öz aranızdakı əlaqələri möhkəmlədin. Əgər möminsinizsə, Allaha və Onun Elçisinə itaət edin. (Ənfal Surəsi, 1)

Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha aiddir. Sonra (Allah) onlara etdikləri əməllər barədə xəbər verəcəkdir. (Ənam Surəsi, 159)

Möminlər digər möminlərə qarşı son dərəcə mərhəmətli və təvazökar olmaqla məsuldurlar. Bunun əleyhinə hər hansı bir rəftar qətiyyən mömin rəftarı deyil. Qürur, qısqanclıq möminlərin deyil, inkarçıların xüsusiyyətidir. Bu səbəbdən də hər hası mömin nəfsinə görə belə bir alçaqlığa düşübsə, dərhal özünü yığışdırmalı, Allaha sığınmalı və gerçək mömin rəftarını göstərməlidir. Əksinə bir davranış göstərdiyində aşağıdakı ayənin hökmünə girməkdən çəkinməlidir:

Ey iman gətirənlər! Sizlərdən hər kim dinindən geri dönsə, Allah (onun əvəzinə) Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və qınayanın qınamasından qorxmayan bir camaat gətirər. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (hər şeyi) Əhatə edəndir, Biləndir. (Maidə Surəsi, 54)
 

QURAN ƏXLAQI © 2008. Template Design By: SkinCorner