BİR DƏSTƏ İLƏ QARŞILAŞILDIĞI ZAMAN ALLAHI ÇOX ZİKR ETMƏK

İman edən bir insanın həyatındakı ən önəmli vəzifəsi Allaha ibadətdir. Bu ibadətin ən əhəmiyyətli mahiyyəti isə Allahın seçib bəyəndiyi dini təbliğ edərək Quranda bildirildiyi kimi "şeytanın təriqətiylə" mübarizə etməkdir. Bu mübarizə isə həmişə son dərəcə çətin və şiddətlidir. Tarixdəki nümunələrə baxdığımızda Müsəlmanların qarşısında duran güclərin həm say, həm də mal baximindan üstün olduqlarını görürük.

Ancaq iman edənlər buna fikir verməzlər. Çünki bilirlər ki, zəfər say və ya vasitə üstünlüyündə deyil, yalnız Allahın bəxş etməsiylə olur və Allah onu istədiyinə verir. Necə ki, İslam Tarixi də ayədəki “Neçə dəfə olub ki, az bir dəstə Allahın izniylə çox bir dəstəyə qalib gəlib! Allah səbr edənlərlədir!” (Bəqərə Surəsi, 249) hökmünün sirriylə qazanılmış zəfərlərlə doludur. Zəfəri gətirən imandır. İnkarçıların bilmədiyi və heç bir zaman da qavraya bilməyəcəyi bu qəribə gerçək, Quranda belə açıqlanar:

Ey iman gətirənlər! Bir dəstə ilə üz-üzə gəldikdə möhkəm olun və Allahı çox yada salın ki, nicat tapasınız!(Ənfal Surəsi, 45)
 

QURAN ƏXLAQI © 2008. Template Design By: SkinCorner