AYƏLƏRİ VƏ HİKMƏTİ AĞILDA SAXLAMAQ

Müzzəmmil Surəsinin 7-ci ayəsində bildirildiyi kimi gün ərzində möminlərin "uzun-uzadı davam edən işləri" var.

İman edən insan etdiyi iş nə olursa olsun Allahla olan əlaqəsini kəsməz. Quranda özünə nəsihət edilən əxlaqı göz ardı etməz. Bir ayədə iman edənlərin bu xüsusiyyəti belə izah edilir:

O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi bir gündən qorxarlar. (Nur Surəsi, 37)

Bu xüsusiyyətin əhəmiyyətli bir hissəsi isə Allahın ayələrini ağılda tutmaq, Quranın hikmətini əsla unutmamaqdır. Ayədə, peyğəmbər yoldaşlarına verilən “Evlərinizdə oxunmaqda olan Allahın ayələrini və hikməti xatırlayın. Şübhəsiz Allah, lətifdir, xəbərdar olandır.” (Əzhab Surəsi, 34) əmri, şübhəsiz bütün möminlər üçün yol göstəricidir. Mömin, Allahın ayələrini düşündüyü müddət ərzində xarici dünyada bunların təcəllilərini görəcək və Allaha daha çox yaxınlaşacaq.
 

QURAN ƏXLAQI © 2008. Template Design By: SkinCorner