ETMƏYƏCƏYİ ŞEYİ SÖYLƏMƏMƏK

Allahın hökmünə əsasən, möminlər verdikləri sözləri tutmaqla məsuldurlar. Bir ayədə belə deyilir: "... Əhdə vəfa edin. Çünki əhd bir məsuliyyətdir." (İsra Surəsi, 34)

Çünki etibarlı olmaq mömin xüsusiyyətlərindən biridir. Bütün rəsullar qövmlərinə öz etibarlılıqlarını göstərmişlər, dürüst və əxlaqlı insanlar olaraq tanınmışlar. Bu vəziyyətdə, etibarlılığın əhəmiyyətli bir hissəsi olan əhdə vəfa böyük əhəmiyyət daşıyır.

Mömin verdiyi sözləri tutmalı, reallaşdıra bilməyəcəyini düşündüyü vədləri isə heç verməməlidir. Ayədə bu mövzu çox açıq bir şəkildə belə bildirilir:

Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olar. (Səff Surəsi, 2-3)
 

QURAN ƏXLAQI © 2008. Template Design By: SkinCorner