TƏFƏKKÜR

İnkar edənlər dünyada yaradılmış olan dəlilləri görmədən keçib gedirlər. İman edən bir insanın bu şəxslərdən fərqi isə Allahın yaratdığı dəlilləri hər an görə bilməsidir. Mömin ətrafındakı hər incəlikdə Allahın qüdrətini və sənətini görər, Onu təsbeh edər və Allaha yaxınlaşmağa yol tapar. Möminlərin bu xüsusiyyətləri Quranda belə izah edilir:

“O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!” (Al-İmran Surəsi, 191)


Allah Quranın bir çox yerində "düşünməzsinizmi", "düşünənlər üçün dəlillər vardır" ifadələriylə təfəkkür etməyin əhəmiyyətini vurğulayır. Bundan əlavə üzərində düşünmək üçün Allah saysız dəlil yaratmışdır. Gördüyümüz, fərqinə vardığımız hər şey Allahın bir təcəllisi və dəlilidir. Bu səbəblə göylərdə, yerdə və bunların aralarında olan hər şey bir təfəkkür vəsiləsidir. Bir ayədə belə buyurulur:

(Allah) onunla (o su ilə) sizin üçün əkin (taxıl, bitki), zeytun, xurma, üzüm və bütün (başqa) meyvələrdən yetişdirir. Düşünüb-daşınanlar üçün bunda dəlillər vardır!. (Nəhl Surəsi, 11)

Ayədə "təfəkkür mövzusu" olaraq göstərilənlərin biri, məsələn, xurma ağacı üzərində bir az düşünək. Ağac, bilindiyi kimi torpağa atılan bir toxumdan ortaya çıxır. Toxum kiçik bir cisimdir, amma necə olur məlum deyil, o toxumun içindən qısa müddət içində 4-5 metr uzunluğunda və yüzlərlə kilo ağırlığında nəhəng bir taxta kütləsi meydana gəlir. Toxumun bu nəhəng taxta parçasını hazırlayarkən istifadə edə biləcəyi tək vəsait isə içinə basdırılmış olduğu torpaqdır. 

Yaxşı amma toxum ağac çıxarmağı necə bilir? Necə olur ki, ətrafındakı torpağın içində lazımlı vəsaitləri təhlil edib bunları taxta toxuması meydana gətirmək üçün istifadə etməli olduğunu "bilir"? Əmələ gətirdiyi ağacın hansı şəklə və quruluşa sahib olacağını necə təxmin edə bilər? Bu son sual xüsusilə əhəmiyyətlidir. Çünki toxumdan hər hansı bir taxta parçası çıxır. Toxum, içində damarlar olan, torpaqdakı maddələri istifadə etmək üçün lazım olan köklərə sahib və üst qismi də budaqlara ayrılan son dərəcə yaxşı hazırlanmış canlı bir maddə çıxarır. İnsan belə, yaxşı bir ağac şəkli çəkməli olduğu zaman çətinlik çəkir, çünki ağacın köklərindəki və budaqlarındakı detalları çəkmək çətin işdir. Halbuki toxum, nəinki çəkmək, bu son dərəcə kompleks cismi torpaqdakı vəsaitləri istifadə edərək sıfırdan meydana gətirir. 

Bu vəziyyətdə toxumun son dərəcə ağıllı bir varlıq olduğu nəticəsinə gəlirik. Daha doğrusu, toxumun içində son dərəcə təsir edici bir ağıl var. Yaxşı bu ağıl bu toxuma haradan, necə gəlib? Necə olur ki, bir toxum, bu cür bir ağla və yaddaşa sahib ola bilir? 

Şübhəsiz, bunun sadəcə bir cavabı var: Allah toxumu ağac meydana gətirə biləcək qabiliyyətlə yaratmış, bu əməliyyat üçün lazımlı məlumatlara sahib olacaq şəkildə proqramlaşdırmışdır. Torpağa atılan hər toxum, Allahın elmi ilə əhatə edilmişdir, Onun elmi ilə böyüyür. Bir ayədə bu həqiqət belə xəbər verilər:

Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O (Allah) bilir. (Allah) suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, (kainatda) yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!. (Ənam Surəsi, 59)

Toxumu yaradan da, torpağın içinə düşdüyü zaman onu yarıb içindən yeni bir bitkini çıxaran da Allahdır. Bu həqiqət Ənam Surəsində belə xəbər verilir:

Şübhəsiz ki, toxumu da, çəyirdəyi də cücərdib çatladan, ölüdən diri, diridən də ölü çıxardan Allahdır. Budur Allah! Axı siz Ondan nə cür döndərilirsiniz? (Ənam Surəsi, 95)

Toxum, Allahın kainatda yaratdığı sonsuz saydakı "təfəkkür vəsaiti"ndən, yəni "iman həqiqəti"ndən yalnız biridir. İnsan, ağlını əhatə edən qalın qəflət pərdəsini aralayıb, "necə", "niyə " kimi suallar soruşaraq düşünsə, bütün kainatın Allahın varlığının və gücünün dəlilləriylə dolu olduğunu rahatlıqla görə bilər.
 

QURAN ƏXLAQI © 2008. Template Design By: SkinCorner