İNKARÇILARA SEVGİ GÖSTƏRMƏMƏK

Bir insanın həqiqi mənada Quran əxlaqını yaşaya bilməsi üçün cahiliyyə cəmiyyətinin bütün ön yarqılarından və yalnış fikirlərindən tamamilə uzaqıaşması lazımdır. Tərk edilməsi lazım olan bu cür anlayışların başında cahiliyyənin sevgi anlayışı gəlir.

Cahiliyyədə sevgi mənfəət üzərinə qurulub. İnsan başqa bir insanı ona mənfəət təmin etdiyi üçün, ona yaxşı münasibət göstərdiyi üçün və ya heç olmasa yaxşı davrandığı üçün sevər. Sevginin bir başqa ölçüsü isə qan əlaqəsidir. İnsanlar öz ailələrindən, soylarından, "tayfa"larından olan başqa insanları sırf aralarındakı qan qohumluğuna görə sevərlər.

Halbuki mömin üçün sevginin meyarı bunlar deyil. Çünki o, hər şeydən çox Allahı sevir. Bu, Quranda belə açıqlanır:

İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini (Ona) tay tutur, onları da Allahı sevdər kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür... (Bəqərə Surəsi, 165)

Allahı hər şeydən üstün tutan mömin digər insanları da Allaha olan yaxınlıqlarına görə sevər və ya Allaha olan nankorluqlarına görə onlardan uzaqlaşar. Quranda möminlərin bu xüsusiyyəti belə izah edilir:

Allaha və Axirət gününə iman gətirən elə bir camaat tapa bilməzsən ki, onlar Allaha və Onun Elçisinə düşmən olanlarla – öz ataları, oğulları, qardaşları, qohum-əqrəbaları olsalar belə – dostluq etsinlər. Allah onların qəlbinə iman salmış və onları Öz tərəfindən bir ruhla dəstəkləmişdir. (Allah) onları (ağacları) altından çaylar axan Cənnət bağlarına daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər. Həqiqətən, məhz Allahın firqəsi nicat tapanlardır. (Mübarizə Surəsi, 22)

İnkarçılara qarşı az da olsa sevgi bəsləmək isə Allahın razılığına zidd hərəkətdir. Quranda bu mövzuda möminlər belə xəbərdar edilir:

Ey iman gətirənlər! Mənim düşmənimi də, öz düşməninizi də özünüzə dost tutmayın! Onlar sizə gələn həqiqəti inkar etdikləri halda, siz onlara mehribanlıq göstərib (sirrinizi açıb deyirsiniz). Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi (yurdunuzdan) qovub çıxardırlar. Əgər siz Mənim yolumda və Mənim razılığımı qazanmaq uğrunda cihada çıxmısınızsa, onlara gizlində mehribanlıq göstərirsiniz. Mən sizin gizli saxladığınızı da, aşkar etdiyinizi də bilirəm. Sizlərdən kim bunu etsə, doğru yoldan sapmış olar.(Mumtəhinə Surəsi, 1)

Hz. İbrahim və xalqının rəftarı bütün möminlər üçün mükəmməl bir nümunədir:

İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl bir nümunə vardır. Onlar öz qövmünə dedilər: “Həqiqətən, biz sizdən və sizin Allahdan başqa tapındığınız şeylərdən uzağıq. Biz sizi inkar edirik. Siz bir olan Allaha iman gətirincəyə qədər bizimlə sizin aranızda daim ədavət və nifrət olacaqdır!..." (Mumtəhinə Surəsi, 4)
 

QURAN ƏXLAQI © 2008. Template Design By: SkinCorner