QƏRARLILIQ

Möminin ən nəzərə çarpan xüsusiyyətlərindən biri də son dərəcə qərarlı olmasıdır. Heç bir zaman şövqünü, həyəcanını itirməz. Bütün işlərini Allahın razılığını qazanmaq üçün edər. Bu səbəbdən heç bir çətinlik onu yolundan döndərə bilməz. İnsanların özü haqqında nə düşünəcəyi də əhəmiyyətli deyil. Tək hədəfi Allahın razılığıdır, bütün həyatı bu hədəfə görə şəkillənər.

Möminlərin qərarlılığını Allah müxtəlif şəkillərdə sınayar. Məsələn, Allah möminləri öyrətmək üçün müvəqqəti bir müddət çətinlik verə bilər. Quranda bu vəziyyət belə açıqlanır:

And olsun, Biz sizi bir az qorxu, aclıq və bir parça mallardan, canlardan və məhsullardan azaltmaqla sınayacağıq. Səbir göstərənləri müjdələ. (Bəqərə Surəsi, 155)

Qəti qərarlılığa sahib olan mömin ayədə ifadə edildiyi kimi özünə verilən bütün bu çətinliklərə səbr edər. Quranda Allah, möminlərin bu rəftarını ayələrində belə tərifləyir:

Neçə-neçə peyğəmbər bir yığın allahpərəstlə (Allah adamı ilə) birlikdə (düşmənə qarşı) vuruşmuşlar. Lakin onlar Allah yolunda çəkdikləri müsibətlərə görə nə zəiflik, nə acizlik göstərmiş, nə də boyun əymişlər. Allah səbr edənləri sevər! Onların: “Ya Rəbbimiz, günahlarımıza və işlərimizdə həddi aşdığımıza görə bizi bağışla! Qədəmlərimizi möhkəmləndir və kafirlərə qələbə çalmaqda bizə kömək et!” – deməkdən başqa sözləri olmamışdır. (Ali-İmran Surəsi, 146-147)

Buna qarşılıq çətinliklərə sinə gərməmək, möminə yaraşan bir rəftar deyil:

Səndən, yalnız Allaha və axirət gününə inanmayan, ürəkləri şübhəyə qapılıb, şübhələrində qərarsızlığa düşənlər icazə istər. (Tövbə Surəsi, 45)

Doğrusu, bundan əvvəl Adəmə də tövsiyə etmişdik. Lakin o unutdu və Biz onda əzm görmədik. (Taha Surəsi, 115)

Çətinliklərlə yanaşı ələ keçən yaxşı imkanların da insan üzərində zəiflədici təsiri var. Rahatlıq, çoxu adamın həyəcanının və şövqünün sönməsinə səbəb ola bilər. Ancaq unudulmamalıdır ki, Allahdan bir nemət gəldiyində təkəbbürlənmək və Allahdan üz çevirmək inkarçıların xüsusiyyətidir. Quranda bu vəziyyət belə təsvir edilir:

İnsana bir sıxıntı üz verən zaman uzananda da, oturanda da, ayaq üstə duranda da Bizə dua edər. Lakin onu sıxıntıdan qurtardıqda ondan ötrü Bizə heç dua etməmiş kimi çıxıb gedər. Həddi aşanlara etdikləri əməllər beləcə yaxşı göstərildi. (Yunus Surəsi, 12)

Halbuki, iman edən bir insan üçün belə bir şey söz mövzusu deyil. Əllərinə nə cür yaxşı imkan keçirsə keçsin (lüks, pul, iqtidar kimi), bu onların qərarlılıqlarını pozub zəifləmələrinə səbəb olmaz. Çünki mömin bütün bunların Allahdan gələn bir nemət olduğunun və Allah diləsə bunları geri ala biləcəyinin fərqindədir. Bu səbəblə əsla təkəbbürlənməz.

Ciddi səy göstərmək, işi möhkəm tutmaq, zəiflik göstərməmək, həddi açmamaq, möminlərin qərarlı və sabit xarakterlərinin göstəricilərindəndir. Bir ayədə “axirət üçün ciddi bir səy göstərənlər”dən belə bəhs edilir:

Mömin olub axirəti istəyən və onun uğrunda çalışanların zəhməti qəbul olunar. (İsra Surəsi, 19)

Zəiflik göstərməmək, davamlı şövqlü və həyəcanlı olmaq Allahın Quranda bildirdiyi əmrlərdəndir. Bir ayədə belə buyurulur:

Ruhdan düşməyin və qəmgin olmayın. Halbuki, əgər möminsinizsə, siz çox yüksəkdə durursunuz! (Ali-İmran Surəsi, 139)

Əvvəl də ifadə etdiyimiz kimi qərarlılıq və sabitlik iki əhəmiyyətli mömin xüsusiyyətidir. Möminlər, “Möminlər içərilərində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi şəhid olmuş, kimisi də gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər...” (Əhzab Surəsi, 23) ayəsində olduğu kimi ölənə qədər eyni qərarlılıq və sabitliyi Allahın razılığını qazanmaq üçün göstərən insanlardır. Möminlərin bu xüsusiyyətlərinin əhəmiyyəti Quranda “münafiq” olaraq adlandırılan və möminlərin arasından çıxan ikiüzlü insanların əxlaqı düşünüldüyü zaman daha yaxşı ortaya çıxır.

Nə edəcəyi bilinməyən, möminlərin yanında başqa cür, inkar edənlərin yanında başqa cür hərəkət edən münafiq xarakterli şəxslər, qeyri-stabil ruh halı içindədirlər. Möminlər bir müvəffəqiyyətə nail olduğu zaman “biz də sizinlə idik” demələri, ya da çətinliyə düşdükdə möminlərdən uzaq dayanmağa çalışmaları bunun ən açıq göstəricilərindəndir:

İnsanın ibadətlərində qərarlı olması da sabitlik cəhətdən əhəmiyyətli bir nümunədir. Qurandakı “əqəbə (maneə)” (Bələd Surəsi, 11) anlayışı qərarlılıq və sabitliyin əhəmiyyətini açıqlayır. Qərarlılıq və sabitliyin son nöqtəsi isə ölümdür. Mömin, ölənə qədər səbr etməklə məsuldur. Allah bir ayəsində belə buyurur:

Sənə beyət edənlər, şübhəsiz ki, Allaha beyət etmiş olurlar. Allahın əli onların əllərinin üstündədir. Kim (beyəti) pozsa, ancaq öz əleyhinə pozmuş olar. Kim Allahla etdiyi əhdi yerinə yetirsə, (Allah) ona böyük mükafat verər! (Fəth Surəsi, 10)
 

QURAN ƏXLAQI © 2008. Template Design By: SkinCorner