MƏLUMAT SAHİBİ OLUNMAYAN MÖVZUDA MÜBAHİSƏ ETMƏMƏK

Quranda, Biz bu Quranda insanlar üçün cürbəcür məsəllər çəkdik. İnsan isə ən çox mübahisə edəndir. (Kəhf Surəsi, 54) ayəsiylə nəfsin əhəmiyyətli bir xüsusiyyəti xəbər verilir. Başqa ayələrdə isə bu xüsusiyyətin inkar edənlər üzərindəki təcəllisi belə izah edilir:

Məryəm oğlu (İsa) misal çəkilincə sənin qövmün sevincdən güldü. Onlar dedilər: “Bizim tanrılarımız yaxşıdır, yoxsa o (İsa)?!” Onlar bunu sənə yalnız mübahisə etmək xatirinə dedilər. Şübhəsiz ki, onlar höcətləşən bir qövmdürlər! (Zuxruf Surəsi, 57-58)

İnkarçıların mübahisəyə meyilli olması göründüyü kimi fərqli fikirləri qiymətləndirərək doğrunu tapmaq üçün deyil, sadəcə eqoistcə qarşı çıxma ehtirasından qaynaqlanır. Cahiliyyənin müzakirələrində heç kim qarşı tərəfin fikrini qiymətləndirib doğrunu tapmağa çalışmaz. Yalnız öz fikirini qalib etməyə və qarşı tərəfi əzməyə çalışar. Təşkil etdikləri bütün müzakirələrin yüksək səs tonunda, qarşılıqlı ifadələrlə keçməsi və hətta bəzən mübahisəyə çevrilməsinin səbəbi budur.

Ən ağılsızca olanı isə haqqında heç bir məlumatları olmayan mövzularda müzakirələridir. Son dərəcə cahil olduqları din mövzusunda davamlı “ehkam kəsmələri” və möminlərlə mübahisə etmək istəmələri bunun ən təəccüblü nümunəsidir. Bir ayədə mövzuya belə diqqət çəkilir:

Bir baxın, siz o kimsələrsiniz ki, bildiyiniz şeylər barəsində mübahisə edirsiniz. Bəs bilmədiyiniz şeylər barəsində niyə mübahisəyə girişirsiniz?! Əlbəttə, Allah bilir, siz bilməzsiniz! (Ali-İmran Surəsi, 66)
 

QURAN ƏXLAQI © 2008. Template Design By: SkinCorner