İNCƏ DÜŞÜNCƏLİ OLMAQ

Cahiliyyə cəmiyyətindəki insanların əksəriyyəti kobud, düşüncəsiz, laqeyd bir xarakterə sahibdirlər. Bunun ən böyük səbəbi isə inkarçıların təməl xüsusiyyətlərindən biri olan eqoizmdir. Hamı yalnız öz mənfəətlərini düşünür. Digər insanların düşüncə və duyğuları isə ya ikinci plandadır, ya da tamamilə diqqətdən kənardır.

Halbuki, həqiqi bir mömin birliyi tamamilə fərqlidir. Çünki möminlərin ən əhəmiyyətli xüsusiyyətlərindən biri nəfslərinin eqoist ehtiraslarından xilas olmalarıdır. Nəfsinin sonsuz istəklərinə hakim ola bilən mömin isə digər möminlərə qarşı fədakar və incə düşüncəli davranar. Quranda Peyğəmbər Əfəndimiz (s.ə.s.)-lə birlikdə Məkkədən köç edən mühacirlərlə Mədinədə onlara kömək edən möminlər (Ənsar) arasındakı bu fədakarlıq belə izah edilir:

Onlardan (mühacirlərdən) əvvəl (Mədinədə) yurd salmış və iman gətirirmiş kimsələr (ənsar) öz yanlarına mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. (Allah tərəfindən) nəfsinin xəsisliyindən qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə qovuşanlardır! (Həşr Surəsi, 9)

Göründüyü kimi, Quran əxlaqı möminlərin öz haqqlarından keçərək digər mömin qardaşlarını özlərindən üstün tutmalarını tələb edir. Həqiqi iman, həqiqi təslimiyyət və həqiqi qardaşlıq budur.

Möminin digər mömin qardaşlarını özündən üstün tutması, ona sadəcə maddi imkan təmin etməklə kifayətlənmir. Bu qardaşlığın ifadə edildiyi yerlərdən biri də düşüncədir. Mömin, qardaşlarının ehtiyaclarını özündən çox düşünməlidir.

Kobud və düşüncəsiz rəftarlar insanın imanının kamilləşmədiyini göstərir. Etdiyi bir hərəkətin digər möminlərə necə təsir edəcəyinin fərqinə varmayan, tək öz istəklərinə görə “ağlına gəldiyi kimi” hərəkət edən insan, Allahın təsvir etdiyi mömin modelindən tamamilə uzaqdır. Quranda incə düşüncənin və düşüncəsizliyin nümunələri əhəmiyyətlidir. Şübhəsiz, ən əhəmiyyətlisi elçiyə qarşı incə düşüncəli və hörmətli olmaqdır. Allah bir ayəsində elçiyə hörmətə belə diqqət çəkir:

Ey iman edənlər, Allahın Rəsulunun hüzurunda önə keçməyin və Allahdan çəkinin. Şübhəsiz Allah, eşidəndir, biləndir. (Hucurat Surəsi, 1)

İncə düşüncənin əhəmiyyəti, bir başqa ayədə isə belə vurğulanır:

Ey iman gətirənlər! Peyğəmbərin evlərinə sizə yeməyə icazə verilmədən girib onun bişməsini gözləməyin. Lakin dəvət olunduqda gedin və yedikdən sonra söhbətə qapılmayıb dağılın. Bu, Peyğəmbərə əziyyət verir, amma o sizdən utanırdı. Lakin Allah doğru sözdən çəkinməz. Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey soruşduqda, pərdə arxasından soruşun. Bu həm sizin, həm də onların ürəklərinə daha çox təmizlik bəxş edər. Sizə Allahın Peyğəmbərini incitmək, özündən sonra onun zövcələri ilə evlənmək əsla yaraşmaz. Həqiqətən, bu, Allah yanında böyük günahdır! (Əhzab Surəsi, 53)

Quran əxlaqıyla yetişmiş insanlar son dərəcə keyfiyyətli, nəzakətli, sadə və incə düşüncəlidirlər. Bu hal öz nəfslərindən öncə qardaşının nəfsini düşünən, ona duyduğu sevgiyə baxmayaraq yeməyi yoxsula, yetimə və əsirə yedirdən möminlərin təbii hallarıdır. İncə düşüncəli olmaq eyni zamanda cənnətdəkilərin xüsusiyyətlərindən biridir.

İncə düşüncə nümunələrini şərtlərə və mühitə görə çoxaltmaq mümkündür. Bunların bəziləri bir işlə məşğul olan qardaşını narahat etməmək, əgər dua edirsə mühitin səssizliyini pozmamaq, o istəmədən ona xidmət etmək, rahatlamasını təmin etmək, bir çatışmamazlığı və ya ehtiyacı olub-olmadığını öyrənmək sayıla bilər. Amma nəzərə almaq lazımdır ki, bu sayılanlar sadə və ümumi bir izahdır. Fərqli mühit və şəraitə görə bu nümunələrin sayı yüzlərlə, minlərlə artırıla bilər.
 

QURAN ƏXLAQI © 2008. Template Design By: SkinCorner