NAMAZDA XUŞU

Namaz insanın Allaha qulluq etdiyinin ən açıq ifadəsi olaraq böyük bir əhəmiyyət daşıyır. İnsanı Allah qarşısında səcdəyə ucaldan bu ibadət Müsəlmanlıq əlamətidir.

Lakin bəzi insanların namazlarındakı məqsəd fərqlidir. Bu kəslər ibadətlərini yerinə yetirərkən yalnız Allahın məmnunluğunu qazanmaq məqsədində deyildirlər. Ayələrdə belə insanların ruh halı belə açıqlanır:

Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər. Onlar riyakarlıq edirlər. (Maun Surəsi, 4-6)


Ayələrdə bildirildiyi kmi bəzi insanlar namazı başqalarına "Müsəlman" olduqlarını göstərmək üçün icra edirlər və dolayısilə savab qazanmaq bir tərəfə, böyük bir günah və azğınlıq içinə düşürlər. 

Namaz kimi əhəmiyyətli bir ibadəti Allah qatında məqbul hala gətirən isə onu icra edən adamın Allah qarşısında səcdə etdiyini, Ona boyun əydiyini bilməsi və yalnız bu məqsədi daşımasıdır. Bu səbəbdəndir ki, Allah möminlərə "... Allaha itaət üçün ayağa qalxın (namaza durun)." (Bəqərə Surəsi, 238) əmrini verir. 

Başqa bir ayədə isə möminlər belə təsvir edilir: "Onlar namazlarında xuşu içində olanlardır". (Mu'minun Surəsi, 2) Xuşu- "hörmət dolu bir qorxu, yumşalma, dərin bir hörmət" mənasını verir. Mövzunun bu yerində Ərəbcədə hər ikisi də "qorxu" mənasını verən "xuşu" və "havf" sözlərinin arasındakı incə fərqə də diqqət yetirmək lazımdır. Havf - sadə və reflektor bir qorxudur. Bu qorxu Quranda inkar edənlər və heyvanlar üçün istifadə edilir. Möminlərin Allaha qarşı yaşadıqları qorxu isə ağılın və vicdanın məhsulu olaraq ortaya çıxan və hörmət dolu, içdən, səmimi bir qorxunu ifadə edən "xuşu" sözüdür. Namaz isə ancaq xuşu içində qılındığı zaman məqbul olar. 

Belə bir namaz, insanın Allaha olan yaxınlığını və təqvasını artırar. İnsana mənəvi güc verər. Bir ayədə belə buyurulur:

Quranda sənə vəhy olunanı oxu və namaz qıl. Həqiqətən, namaz çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək, şübhəsiz ki, daha böyükdür. Allah nə etdiklərinizi bilir! (Ənkəbut Surəsi, 45)
 

QURAN ƏXLAQI © 2008. Template Design By: SkinCorner