ACİZLİK GÖSTƏRMƏMƏK, KƏDƏRLƏNMƏMƏK, HÜZNƏ QAPILMAMAQ

Mömin, Allah yolunda uzun və çətin bir cəhd edər. Qarşısında çox vaxt özündən texniki cəhətdən daha güclü, daha çox sayda görünən şəxslər var. Ancaq yenə də Allah, Quranın yolunu izlədikləri müddət ərzində bu şəxslərə qarşı möminləri üstün edər.

Bu müvəffəqiyyətin sirlərindən biri möminlərin əsla acizlik göstərmədən, şövq və həyəcanla mübarizələrini davam etdirmələridir. İnkarçılar isə belə ola bilməzlər; dünyaya olan bağlılıqları, qorxuları, zəiflikləri, inancsızlıqları səbəbiylə bir çətinlik qarşısında əhvalları pozular və acizlik göstərərlər. Möminlər isə Allahın ayələrində bildirdiyi üzrə qəti qalib olacaqlarını bilmənin verdiyi şövqlə və Allahın ürəklərini sağlamlaştırması sayəsində zəiflik göstərməzlər. Quranda, iman edənlərin bu xüsusiyyəti belə izah edilir:


Neçə-neçə peyğəmbər bir yığın allahpərəstlə (Allah adamı ilə) birlikdə (düşmənə qarşı) vuruşmuşlar. Lakin onlar Allah yolunda çəkdikləri müsibətlərə görə nə zəiflik, nə acizlik göstərmiş, nə də boyun əymişlər. Allah səbr edənləri sevər! (Ali-İmran Surəsi, 146)

Ancaq üstdəki ayədən də aydın olduğu kimi möminlərin də zəiflik göstərməmək, mübarizə əzmini artırması üçün Allaha dua etməlidirlər. Çünki nəfs insanı zəifliyə yönləndirməyə çox meyllidir. Şeytan da bir tərəfdən davamlı pıçıldadığı vəsvəsələrlə eyni məqsəd üçün çalışır. Mömin birliyinin arasına girmiş olan ikiüzlü münafiqlər də uyğun mühit tapdıqları zaman eyni təlqinləri edirlər. Məsələn, döyüş əsnasında Peyğəmbərimiz (s.ə.s.)-in səhabələrinə “O zaman onlardan bir tayfa: “Ey Yəsrib (Mədinə) əhli. Sizin üçün duracaq bir yer yoxdur, qayıdın!” – demişdi. Başqa bir dəstə isə: “Evlərimiz açıqdır” – deyə Peyğəmbərdən izin istəyirdi. Həqiqətdə evləri açıq deyildi. Onlar ancaq qaçmaq istəyirdilər.” (Azhab Surəsi, 13) deyənlər kimi ümidsizlik və təxribat yaratmağa çalışırlar. Allah da bütün bu mənfi faktorlara qarşı möminləri xəbərdar edir: “Sən səbr et. Şübhəsiz ki, Allahın vədi haqdır. Qoy qəti inanmayanlar səni etinasızlığa sövq etməsinlər.” (Rum Surəsi, 60) demişlər.

Mömin, Quran ayələrini özünə rəhbər edər, yalnız özündən məsul olduğunu bilər və başqalarının zəif davranması ona təsir etməz. Qarşı tərəfin gücü də onu heç bir şəkildə qorxutmaz. Bütün həyatı Allah üçündür və dolayısilə sonuna qədər də Allah rızası üçün ibadət etməyi davam edər. Allah ayələrində belə hökm edir:

Ruhdan düşməyin və qəmgin olmayın. Halbuki, əgər möminsinizsə, siz çox yüksəkdə durursunuz! (Ali-İmran Surəsi, 139)

(Kafir) qövmü təqib etməkdə zəiflik göstərməyin! Əgər siz əziyyət çəkirsinizsə, onlar da sizin kimi əziyyət çəkirlər. Halbuki siz onların ummadıqlarını Allahdan umursunuz. Allah biləndir, hikmət sahibidir! (Nisa Surəsi, 104)
 

QURAN ƏXLAQI © 2008. Template Design By: SkinCorner