GÜCÜNÜN ÇATDIĞI QƏDƏR ALLAHdan QORXMAQ

İnsan nə qədər Allahdan qorxsa, Onun Qatında o qədər üstün olar. Allah qorxusunda bir sərhəd yoxdur, hər insan bunu Allahdan diləyərək artıra bilər. Bu mövzuda Quranda rəsullar nümunə olaraq verilmişdir. Bu sayədə möminlər özlərini onlarla müqayisə edib, Allah qorxularını daha da artıra biləcəklərini anlaya bilərlər. 

Allah möminlərdən ola biləcək ən yüksək dərəcədə Özündən qorxmalarını istəyir. Ayələrdə, bu mövzuda bu hökm verilir:

Allahdan bacardığınız qədər qorxun. Qulaq asın; itaət edin və xərcləyin. Bu sizin özünüz üçün xeyirli olar. Nəfsinin xəsisliyindən qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə qovuşanlardır! (Təğabün Surəsi, 16)

Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda ölün! (Al-İmran Surəsi, 102)
 

QURAN ƏXLAQI © 2008. Template Design By: SkinCorner