İNSANIN MƏLƏK ŞAHİDLƏRİ

Bir çox insan başqaları tərəfindən görülmədiyi zamanlarda, tamamilə "tək" olduğunu düşünür. Halbuki Allah hər vaxt onun yanındadır və Allahın insanın etdiyi bütün işləri yazmaqla vəzifələndirdiyi mələklər də insana şahiddirlər.

Bu vəziyyət Quranda Qaf Surəsində belə xəbər verilir:

And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq! Xatırla ki, (insanın) sağında və solunda (onun bütün əməllərini) təsbit edən (qeydə alan) iki mələk oturmuşdur! (Qaf Surəsi, 16-18)


Bu mələklərin yazdıqları məhşər günü ortaya qoyulacaq və insanlar dünyada işlədikləri əməllərinə görə sorğu-sual olunacaqlar. Quranda o gün yaşanacaqlar belə izah edilir:

Kimin kitabı sağ əlinə veriləcəksə, o, yüngül sorğu-suala tutulacaq və sevincək öz yaxınlarına qayıdacaqdır! Kimin kitabı arxa tərəfindən veriləcəksə, o (özünə) ölüm diləyəcək və alovlu oda atılacaqdır! Sözsüz ki, o, (dünyada ikən) yaxınları arasında sevinc içində idi və elə güman edirdi ki, (Rəbbinin hüzuruna) qayıtmayacaqdır. Xeyr! Sözsüz ki, Rəbbi onu görürdü. (İnşiqaq Surəsi, 7-15)
 

QURAN ƏXLAQI © 2008. Template Design By: SkinCorner