ALLAHI HAQQIYLA TƏQDİR ETMƏK

Quran ayələrində, Allahın sifətlərinin bir qismi bu şəkildə xəbər verilir:

Allahdan başqa heç bir tanrı yoxdur. Əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa Onundur. Allahın izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onlar Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur! (Bəqərə Surəsi, 255)

Yeddi göyü və bir o qədər də yeri yaradan Allahdır. Allahın hər şeyə qadir olduğunu, Allahın hər şeyi elm ilə ehtiva etdiyini biləsiniz deyə, əmri onların arasında nazil olar. (Talaq Surəsi, 12)

Allahı layiqincə qiymətləndirmədilər. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir! (Həcc Surəsi, 74) ayəsiylə təsvir edilər.

Allahın gücünü haqqıyla təqdir etmək, imanın ən əhəmiyyətli şərtlərindəndir. Mömin, cahiliyyə cəmiyyətlərindəki düzgün olmayan Allah inancından ayrılar və cahiliyyə cəmiyyətinin bütün azğın inanclarını rədd edər. Mömin Allaha Quranda təsvir edilən xüsusiyyətləriylə inanar. Allahın dünyada, göylərdə və öz nəfsində yaratdığı dəlilləri, ayələri, iman həqiqətlərini araşdıraraq Allahın sənətini, gücünü yaxşıca görərək Rəbbimizi tanıyar, Onun qədrini haqqıyla təqdir edər.

Ancaq Allaha iman etdiyini söyləyən insan ürəyini Allahın zikrindən və ağlını Onu düşünməkdən uzaq tutarsa, bu vəziyyətdə cahiliyyənin azğın Allah inancına doğru bir yol alar. Və əgər özünü yığışdırıb Allah inancını Qurana görə təyin etməzsə, bəzi imtahan vəziyyətlərində cahiliyyəyə meyl etmə təhlükəsiylə üz-üzə qala bilər. Allah, bu vəziyyətə, döyüş əsnasında zəiflik göstərən Müsəlmanlardan bəhs edən ayələrdə diqqət çəkir. Ayələrdə bildirildiyinə görə, bu kəslər, "Canları dərdinə düşərək; Allaha qarşı haqsız yerə cahiliyyə zənniylə zənnlərə qapılmış"lar. (Ali - İmran Surəsi, 154)

Mömin belə bir vəziyyətə düşməmək üçün cahiliyyədəki səhv inancların buraxdığı izləri tamamilə ürəyindən silməli və Quranda təsvir edildiyi şəkildə, Allahı haqqıyla təqdir edərək bu həqiqi inancı qəlbinə yerləşdirməlidir.
 

QURAN ƏXLAQI © 2008. Template Design By: SkinCorner