ŞEYTANIN DAYANMAZ FƏALİYYƏTİ

Allah Hz. Adəmi yaratdığı və bütün mələklərə "Adəmə səcdə edin" əmrini verdiyi zaman şeytan Ona qarşı gəlmiş və bu üsyana görə sonsuza qədər lənətlənmişdi. Buna görə o da qiyamət gününə qədər insanları azdırmaq üçün Allahdan müddət istədi. Allah bu icazəni verdikdə isə bu dedi:

(İblis) dedi: “Sən məni yoldan çıxartdığına görə mən də Sənin düz yolunun üstündə oturub (insanları) tovlayacağam. Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən”. (Əraf Surəsi, 16-17)

Bir başqa ayədə, şeytanın "azdırma" vədi belə izah edilir:

(İblis) dedi: “Sən məni yoldan çıxartdığına görə mən də Sənin düz yolunun üstündə oturub (insanları) tovlayacağam. Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən”. (Nisa Surəsi, 119)

Əgər insan şeytanın bu xüsusiyyətindən xəbərsiz olsa, özünü ondan qoruya bilməz və asanlıqla tələsinə düşə bilər. Bu səbəbdən möminin Quranda xəbər verilən bu gerçəyi hər an ağılında tutması, şeytanın sapdırıcı təlqinlərinə qarşı oyanıq olması lazımdır. Necə ki, bir ayədə belə buyurulur:

Həqiqətən, Şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. O özünə uyanları cəhənnəm əhli olmağa çağırır. (Fatır Surəsi, 6)

Şeytana qarşı ən diqqətli olması lazım olanlar isə möminlərdir. Çünki şeytan əslində onlarla məşğul olur. İnkarçıları sapdırmaq üçün çalışmasına ehtiyac yoxdur. Çünki onlar onsuz da şeytanın ordusu halına gəliblər. Buna görə bütün gücünü möminləri zəiflətmək, onları dinə xidmətdən yayındırmaq üçün xərcləyir. Bu səbəblədir ki, Allah şeytanın fitnəsinə qarşı möminləri belə xəbərdar edir:

Ey iman gətirənlər! Şeytanın izi ilə getməyin. Kim şeytanın izi ilə getsə, (bilsin ki,) o (şeytan) iyrənc və yaramaz işlər görməyi əmr edir. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt təmizə çıxmazdı. Lakin Allah dilədiyini təmizə çıxardır. Allah Eşidəndir, Biləndir. (Nur Surəsi, 21)

Allahın Quranda bildirdiyinə görə şeytanın bu fəaliyyəti ixlaslı möminlərə təsir etmir. Lakin, zəiflik göstərən və qəflətə dalanlar, şeytanın davamlı olaraq təlqin etdiyi mənfi hallardan təsirlənə bilərlər. Unutmamaq lazımdır ki, şeytan fəaliyyətini heç dayanmadan, ara vermədən, dinlənmədən, yatmadan davam etdirir. Mömin də buna qarşı davamlı Allahı xatırlamalı, hər an diqqət və mənəvi rahatlıq halında olmalıdır.
 

QURAN ƏXLAQI © 2008. Template Design By: SkinCorner