LAĞ ETMƏMƏK

Allah Quranda lağlağıçılığın çirkin bir əxlaq olduğunu və iman edənlərin bundan çəkinmələrinin lazım olduğunu bildirmişdir. Möminlər arasında lağlağının yeri olmadığını Allah bir ayədə hökmə belə bağlayar:

Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar (lağa qoyulanlar) o birilərindən (lağa qoyanlardan) daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd eləməsinlər). Bəlkə, onlar (rişxənd olunanlar) o birilərindən (rişxənd edənlərdən) daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin (ayıb tutmayın) və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır! (Hucurat Surəsi, 11)

Bu ayənin hökmünə görə iman edənlər lağlağının hər cüründən şiddətlə qaçmalı və Allahın bu əmrinə lazımınca əməl edərlər. Bəzi insanlar lağ etməyi qarşısından keçən birinə badalaq atıb yıxmaq və qəhqəhəylə gülmək kimi düşünə bilərlər. Halbuki lağ hiyləgər bir gülümsəmə, zarafatla yumşadılmış "bizləmə" və ya açıq lağ edilə bilinməyəcək bir mühitdə eyni məsxərəçi hissi paylaşan biriylə göz təması qurma şəklində də ola bilər.

Bu tip hərəkətlər cahiliyyə mədəniyyətinə aiddir. Necə ki, Allah Quranda “qaş göz işarələriylə lağ edən” lərin sonunun “hütəmə” olduğunu belə xəbər verir:

Hər bir qeybət edənin, tənə vuranın vay halına! O şəxs ki, mal-dövlət toplayıb onu (təkrar-təkrar) sayır və elə güman edir ki, var-dövləti onu əbədi saxlayacaqdır. Xeyr! O, mütləq Hütəməyə atılacaqdır. Sən haradan biləsən ki, Hütəmə nədir? (Bu,) Allahın qaladığı oddur. (O od) ki, (qalxıb) ürəklərə çatacaq. Həqiqətən, o (od) onların üzərində qapanacaqdır. (Özləri də orada) yüksək dirəklərə (bağlanmış olacaqlar). (Huməzə Surəsi, 1-9)

Huməzə Surəsində bildirilən bu açıq hökmə baxmayaraq iman edən insanın məsxərəçi kimi Qurana uyğun gəlməyən bir tipə aid olması uyğun olmaz. Ancaq yeganə ehtimal həmin an şəxsin etdiyi çirkinliyin fərqində olmaması və bunu bir əyləncə sanması ola bilər. Belə bir vəziyyətdə isə o şəxs dərhal özünü qınamalı və etdiyi bu hərəkətdən tövbə edərək imtina etməlidir.
 

QURAN ƏXLAQI © 2008. Template Design By: SkinCorner