ORTA YOLDA OLMAQ

Möminin orta yolda olması əvvəla həddi aşmayaraq yalnız halal dairəsində hərəkət etməsini ifadə edir. Bu, ilk baxışda texniki qorunma kimi görünsə də həqiqətdə stabil ruh halı tələb edir. Çünki mömin bəzən cahiliyyə əxlaqını yaşayan insanlarla eyni mühitdə olacaq, onlarla söhbət edəcək. Cahiliyyənin hakim olduğu mühitlərdə lazım olan davranışları göstərməli, özünü cahiliyyə mədəniyyətinin təsirinə buraxmamalı, həddində və ağıllı davranmalıdır. 

Əlbəttə, yalnız cahiliyyə mühitlərində deyil, möminlərin arasında da incə düşüncəni və orta yolu tələb edən vəziyyətlər var.


İman edən insan hər an ağlını istifadə edərək, həddi aşmaqdan və sərt hərəkətlərdən uzaq dayanmalı olduğunu bilir. Hadisələr qarşısında həyəcanlanmayan, heç vaxt soyuqqanlılığını itirməyən bir xarakterə sahib olmaq üçün diqqətli olur. İmanın verdiyi orta yol ilə ağıldan uzaqlaşmayan, ani kədər, ya da sevinclərə qapılmayan xarakterə sahib olmağa çalışar və bu mövzudakı qərarlılığı hər hərəkətində nümayiş etdirər. İman edənlərin bu balanslı və sabit ruh halları bir çox ayədə təsvir edilmişdir. Bunlardan bəziləri belədir:

Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır! Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə də verilənə sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, (özü ilə) fəxr edən heç bir kəsi sevməz! (Hədid Surəsi, 22-23)
 

QURAN ƏXLAQI © 2008. Template Design By: SkinCorner