CAHİLLƏRDƏN ÜZ ÇEVİRMƏK

Quranda möminlərin xüsusiyyətləri izah edilərkən belə xəbər verilir:

Rəhmanın qulları o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər, cahillər onlara bir söz dedikdə: “Salam!”- deyərlər. (Furqan Surəsi, 63)

Onlar lağlağı eşitdikləri zaman ondan üz çevirib: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam olsun! Biz cahillərə qoşulmaq istəmirik!”- deyirlər. (Qəsəs Surəsi, 55)

Möminlər son dərəcə rahat ruh halına sahib olduğu halda, inkarçılar bunun əksinə narahat, ətrafındakılara qarşı təcavüzkar və hörmətsizdirlər. Sanki cəhənnəm əzabı onlar üçün hələ dünyada ikən başlamışdır və ən sadə bir hadisə belə ani reaksiyalar vermələrinə səbəb olur. Gözlənilməz anda gözlənilməz davranışlar edirlər. Bu səbəbdən, cahiliyyə cəmiyyəti içində gündəlik həyatda hər an problem çıxara biləcək insanlarla tez-tez qarşılaşılır.

Ancaq möminlər üstün bir əxlaqa və dünya görüşünə sahib olduqları üçün bu insanlarla hər zaman lazım olduğu kimi münasibətdə olurlar. Onlara qarşı daim yuxarıdakı ayələrdə təsvir edildiyi kimi kübar rəftar göstərərlər. Müdaxilə edilməli vəziyyətlərdə də ən mədəni, ən təsirli və qanuni yolları istifadə edərlər.
 

QURAN ƏXLAQI © 2008. Template Design By: SkinCorner