BAĞIŞLANMA VƏ TÖVBƏ

Allahın Quranda ən çox təkrarlanan isimlərindən ikisi, "Rəhman" və "Rəhim", yəni "əsirgəyən" və "bağışlayan" sifətləridir. Qullarına olan bu rəhmətinə görə də Allah, insanları işlədikləri günahlara görə dərhal cəzalandırmır:

Əgər Allah insanları zülmləri üzündən cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ buraxmazdı. Lakin (Allah) onlara müəyyən müddət möhlət verər. Əcəlləri gəlib çatdıqda isə bircə saat belə nə geri qalar, nə də irəli keçə bilərlər.. (Nəhl Surəsi, 61)


Allah, insanların işlədiyi günahların cəzasını təxirə salmaqla, onlara bağışlanma diləmək və tövbə etmək üçün müddət verir. İnsan böyük günahlar işləmiş olsa belə, bunlardan ötəri Allahdan bağışlanma diləyə bilər və bir daha işləməməyi hədəfləyərək tövbə edə bilər. Allah, Quranda qullarını günahları üçün bağışlanma diləyib tövbə etməyə belə çağırır:

Ayələrimizə iman gətirənlər yanına gəldikdə onlara de: “Sizə salam olsun! Rəbbiniz Özü-Özünə rəhmli olmağı yazmışdır ki, sizlərdən hər kəs pis iş görsə, sonra tövbə edib düzəlsə (Allah onun günahından keçər). Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir!” (Ənam Surəsi, 54)

Bağışlanma, insanın bilərək, ya da bilməyərək etdiyi bütün səhvlər, işlədiyi bütün günahlar üçün Allahın bağışlayıcılığına sığınmasıdır. Tövbə isə işlənmiş müəyyən bir günah üçün edilir. Tövbə edən mömin etdiyi bir səhvi, ya da davam etdirdiyi bir rəftarı düzəltməyə qəti olaraq qərar verər və bir daha təkrarlamamaq üçün Allahdan güc və dəstək diləyər. Belə ki, məqbul olan tövbə də ardından saleh əməl işlənən tövbədir:

Kim tövbə edər və saleh əməllərdə olsa, həqiqətən o, tövbəsi (və özü) qəbul edilmiş olaraq Allaha dönər. (Furqan Surəsi, 71)

İnsan tövbə edib, sonra yenə nəfsinə məğlub olaraq eyni günahı təkrarlaya bilər. Bəlkə dəfələrlə tövbə edib, sonra bunların hamısını da pozmuş ola bilər. Amma bu, bir daha tövbə edə bilməyəcəyi mənasını verməz. Tövbə qapısı insan həyatını davam etdirdiyi müddətcə açıqdır. Ancaq bilinməlidir ki, insanın ölümə yaxınlaşıb, axirətdə başına gələcəkləri fərq edərək son anda tövbə etməsi qəbul edilməyə bilər. Allah Quranda belə buyurur:

Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edir! Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir! Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: “Mən indi tövbə etdim” –deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq! (Nisa Surəsi, 17-18)

Bir başqa ayədə bütün iman edənlər bu qurtuluş yoluna belə çağırılırlar:

"Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər, ayıb yerlərini (zinadan) qorusunlar; öz-özlüyündə görünən istisna olmaqla, zinətlərini göstərməsinlər; örtüklərini yaxalarının üstünə çəksinlər ; zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini göstərmək üçün ayaqlarını  vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! ." (Nur Surəsi, 31)

 

QURAN ƏXLAQI © 2008. Template Design By: SkinCorner