TƏVƏKKÜL

Bütün hadisələri meydana gətirən Allahdır. Allahın yaratmış olduğu hadisələrin hamısında möminlər üçün mütləq bir xeyir var. Bütün hadisələr mütləq möminlərə faydalı olacaq şəkildə hazırlanmışdır və hər şey bu plana görə işləyir. 

Möminin tək güvənib dayancağı dostu Allahdır. Tək vəkil Odur. Möminin üzərinə düşən, hadisələr qarşısında yalnız Allahın istədiyi reaksiyaları vermək, səbəblərə sarılmaq, nəticəsini isə Allahdan gözləməkdir. Ayələrdə inkarçıların xəbərdar olmadığı bu böyük sirr belə ifadə edilir:


Bunların gözləmə müddəti başa çatdıqda onları yaxşılıqla yola salın. İçərinizdən iki ədalətli şahid tutun. (Siz də ey şahidlər!) Allah üçün (doğru) şahidlik edin! Bununla Allaha və axirət gününə iman gətirənlərə öyüd-nəsihət verilir. Kim Allahdan qorxsa, Allah ona bir çıxış yolu əta edər. Və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü təyin etmişdir. (Talaq Surəsi, 2-3)

Başqa bir ayədə də təvəkkülün sirri belə açıqlanır:

De: “Allahın bizim üçün (lövhi-məhfuzda) yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!” (Tövbə Surəsi, 51)

Mömin, inkarçılardan gələcək təzyiqlərə qarşı belə deməlidir: 

“Allah bizə yollarımızı göstərdiyi halda, biz nə üçün Ona təvəkkül etməməliyik? Bizə verdiyiniz bütün əziyyətlərə, əlbəttə, dözəcəyik. Təvəkkül edənlər də yalnız Allaha təvəkkül etsinlər!” (İbrahim Surəsi, 12)

Bir başqa ayədə isə belə buyurulur:

Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz. Yox, əgər sizi zəlil edərsə, Ondan sonra kim sizə kömək edə bilər? Buna görə də möminlər Allaha təvəkkül etsinlər!. (Ali-İmran Surəsi, 160)
 

QURAN ƏXLAQI © 2008. Template Design By: SkinCorner